“AccessBank” “PricewaterhouseCoopers” beynəlxalq audit şirkəti tərəfindən təsdiqlənmiş və beynəlxalq maliyyə hesabat standartlarına (MHBS) cavab verən 2020-ci il üzrə maliyyə hesabatını açıqlayıb.
Göstəricilər ilə tanış olmaq üçün:
https://www.accessbank.az/az/our-bank/in-figures/
Hesabata əsasən, 2020-cu ilin 31 dekabr tarixinə görə, bankın aktivləri 805 milyon manat təşkil edib. Bunun əhəmiyyətli hissəsi - 57%-i kredit portfelində cəmlənib.
Yüksək likvidli vəsaitlərin payı 15%-dən 20%-ə artıb. Bankın depozit portfeli isə 6% azalıb.
Kredit portfelinin 2019-cu illə müqayisədə azalmasına baxmayaraq, xalis faiz gəliri 718.000 milyon manat artıb.
Kredit riskini ödəmək üçün yüksək xərclər səbəbindən Bank 19 milyon manat məbləğində zərərdədir.
“AccessBank”ın İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Yevgeniya Qaşikulina Bankın göstəricilərini şərh edib:
“2020-ci il həm bank sistemi, həm müştəriləri, xüsusən də biznes müştəriləri üçün çətin bir il oldu. Müştərilərimizə dəstək olmaq üçün həllər hazırladıq. Bunların və sıx ünsiyyətin sayəsində bir çox müştərilərimizin kreditlərini bağlamalarında yaranmış problemləri həll etdik. Restrukturizasiyanın ümumi həcmi 163.5 milyon manata çatdı. Bu da öz növbəsində kredit riski zərərlərinin ödənilməsi xərclərində əksini tapdı. Beynəlxalq standartlara görə, restrukturizasiya olunmuş kreditlər ehtiyatların əhəmiyyətli dərəcədə artmasını tələb etsə də, biz kredit portfelimizin keyfiyyətinin kifayət qədər yüksək olduğuna əminik və gələn il bu ehtiyatların azad edilməsini və müvafiq olaraq da Bankın mənfəət əldə edəcəyini görəcəyik.
Bank davamlı olaraq inkişaf edir və pandemiya dövründə fəal olaraq kredit verməyə başlayanlardan biri oldu. Komandamızın dəyişən mühitə sürətlə uyğunlaşması, çətin mühitlərdə əsaslandırılmış qərarlar qəbul etməsi və müştərilərimizlə hər zaman açıq və dürüst ünsiyyət qurmağımız təşkilat olaraq bizi daha da gücləndirdi."
“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial media hesablarına (Facebook, Instagram, LinkedIn) daxil olmaq olar.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Yelo Bank-ın əsas maliyyə göstəricilərində pozitiv tendensiya davam edir!
“Azpetrol” 27 yaşını qeyd edir!
Bank Respublika inkişaf tempini əhəmiyyətli dərəcədə artıraraq yüksək nəticələr əldə edib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət