Yelo Bank 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Kiçik Biznesmen” layihəsini həyata keçirdi. Uşaqları yalnız müdafiə etmək deyil, həmçinin parlaq gələcəklərini qura bilmələri üçün onlara fürsətlər yaratmaq lazımdır. Layihənin əsas məqsədi, uşaqlara pulun qazanılması prosesini praktiki cəhətdən göstərməklə onlarda əldə etdikləri vəsaitlə rəftar etmə vərdişlərini formalaşdırmaqdır.
Araşdırmalara görə, uşaqlara pulla necə rəftar etmək kiçik yaşlarından öyrədilməlidir. Bu məqsədlə xarici ölkələrdə valideynlər övladlarının cib xərclərini özlərinin qazanması üçün dəstək olurlar. Nəticədə, uşaqlar kiçik yaşdan bu vərdişi özlərində formalaşdırmaqla pulun necə qazanıldığını şəxsi təcrübələrində görürlər.
Azərbaycanda isə ilkin pul qazanmaq təcrübəsi xariclə müqayisədə daha böyük yaşlara təsadüf edir. Bu mədəniyyəti ölkəmizdə də inkişaf etdirmək üçün “Kiçik biznesmen” layihəsinə start verdik. Layihə çərçivəsində uşaqlar, onlar üçün Zabitlər Parkında quraşdırılmış stendlərdə limonad hazırlayaraq pulla davranış təcrübələrini qazanırlar. Layihəmizin məqsədi uşaqların daha kiçik yaşlarından pulla düzgün rəftar etməyi öyrənərək gələcəkdə daha uğurlu olmalarıdır.
“Kiçik Biznesmen” layihəsi Yelo Bank-ın davamlı olaraq həyata keçirdiyi sosial və maarifləndirici layihələrdən daha biridir. Xatırladaq ki, ilin əvvəlindən başlayaraq Yelo Bank komandası ölkənin aparıcı Universitetlərinin tələbələri, Gənclər təşkilatları üçün maarifləndirici tanışlıq sessiyaları, motivasiya, mentorluq və müxtəlif təcrübə layihələri keçirməkdədir. Qeyd edək ki, layihə bzns.az biznes portalının iştirakı ilə birgə həyata keçirildi.
Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook və Instagram hesablarımıza yazın, məmnuniyyətlə cavablandıraq!
Yelo Bank - Parlaq Bankçılıq.
Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri 2024-cü il fevralın 7-nə təyin olunub
Bakı Londona vizasız rejim haqqında saziş imzalamağı təklif edib
“Embafinans” BOKT 1 milyon manatlıq istiqrazlar yerləşdirməyi planlaşdırır
Manat avro və rubla qarşı bahalaşıb, lirə və dollara qarşı sabitdir
“Rabalon” Naxçıvanda Data Mərkəzi binasının layihəsini hazırlayacaq
“Datum” “AzerGold”un 1,9 milyon manatlıq tenderinin qalibi olub
Əliyev İsmayıllıda “DOST EVİ” filialının açılışında iştirak edib
İsrail HƏMAS-la danışıqlar aparmır
Netanyahu Qəzza zolağı üzərində nəzarəti Abbasa verilməsinə imkan verməyəcəyini bəyan edib
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Gələn həftə Bakıda SPECA Sammiti keçiriləcək
Dayanıqlı İnkişafa dair II Bakı Forumu keçiriləcək
Dekabrda Bakıda ilk dəfə İstehsal Texnologiyaları Sərgisi keçiriləcək