Rusiyalı tarixçi, hüquqşünas və politoloq Oleq Kuznetsov hesab edir ki, 15 nəfər erməni hərbçinin müqabilində İrəvanın mina xəritələrini təqdim etməsi Azərbaycanla Ermənistan arasında postmünaqişə həlli üzrə danışıqların davam etməsi deməkdir
“Bu baş tutdu: bu gün Azərbaycan 15 erməni hərbçini Ağdam rayonunda basdırılan 97 min minani əks etdirən xəritə ilə dəyişdirdi. Bundan beş nəticə çıxarmaq mümkündür”, - Kuznetsov özünün Facebook səhifəsində yazıb.
Birinci nəticə: Paşinyan generallarının inadını qırmağı bacardı və onlar xəritələri təqdim etmək qərarına gəldilər. “Bu, 20 iyun seçkiləri zamanı seçicilərin səsləri uğrunda mübarizədə Paşinyanın ciddi qələbəsi, o cümlədən dolayısilə olsa belə, ötən il müharibədə revanş şansı olmadan məğlubiyyətin etirafıdır. Qismən sağlam düşüncə qalib gəldi, bu da İrəvan üçün – nadir hadisədir”, - politoloq yazıb.
İkinci nəticə: İrəvan adekvat kompensasiya əldə etmədən kiçik kozırlarından birini istifadə etdi, bu isə o deməkdir ki, Paşinyan və onun ətrafı daxili siyasi vəziyyətin burulğan olmasına baxmayaraq, Azərbaycanla postmünaqişə həll üzrə danışıqlar prosesinin davam etdirilməsinə hazırdır. “Mina xəritələrinin təqdim edilməsi seçkilərdə Paşinyanın siyasi blokunun qələbəsinə əminliyini nümayiş etdirir və erməni cəmiyyətinin bu addıma reaksiyasından asılı olaraq, süjetin təkrarlanmasını gözləmək olar. Bu halda Ermənistanın hazırki hakimiyyəti iyunun 20-dək bütün diversantları qalan mina xəritələri ilə dəyişdirəcək. İndi Paşinyan çox məharətlə təmkinliyini qoruyur, Koçaryanı, onun üçün nəyin daha vacib olması ilə bağlı mürəkkəb seçim qarşısında qoyub – ermənilərin həyatı yoxsa siyasi anbisiyalar?”, - deyə Kuznetsov hesab edir.
Üçüncü nəticə: bu mübadilə ilə Azərbaycan beynəlxalq humanitar meydanda öz mövqelərini mühüm dərəcədə möhkəmləndirdi, çünki prezident İlham Əliyevin Azərbaycan Ordusunun erməni xalqı ilə deyil, ərazilərin işğalı məqsədilə çıxış edən elita ilə döyüşdüyü ilə əlaqədar tezisini əyani surətdə sübut edir. “Müharibə sona çatıb, ədalət zəfər çalıb, bu yaxınlardadək düşmən olan danışıqlar üzrə kifayət dərəcədə sözəbaxan tərəfdaşa çevrilir. Nəyə lazımdır belə düşmənçilik? Rəsmi Bakının sözləri heç zaman əməllərindən fərqlənmir, bunun üçün başqa sübutlar lazım olmayacaq”, - politoloq vurğulayıb.
Dördüncü nəticə: Ağdam rayonu üzrə mina xəritələrinin təqdim olunması və yaxın zamanda onların məhv edilməsi Xankəndidə olan Qarabağ separatçılarının qalıqlarının ambisiyalarına mühüm dərəcədə zərbə vuracaq. Həmin şəxslərin işğaldan qalan irsin sonsuzadək onların xeyrinə işləyəcəyinə dair artıq əminlikləri yoxdur və bundan sonra da olmayacaq. “Onlar artıq indi bu vəziyyətdə girovlar və Bakı ilə İrəvan arasında danışıqlarda lazımsız əşya rolunu oynayırlar, sadəcə olaraq, onların zamanı hələ gəlməyib. Bunun ardınca isə Qarabağda Rusiya hərbçilərinin olması faktı var, yəgin ki, onların mandatı vaxtından əvvəl dayandırılacaq”, - o qeyd edib.
Beşinci nəticə: diversantların mina xəritələri ilə dəyişdirilməsi ondan xəbər verir ki, İrəvanın danışıqlardan çıxması ilə əlaqədar sözləri sadəcə sözdədir, reallıqda isə danışıqlar davam edir, lakin kölgə formatında, bütün razılıqlar icra olunur, lakin Paşinyana daxili siyasi arenada maksimum fayda vermək məqsədilə. “Bu səbəbdən, seçkilər ərəfəsində Ermənistanda yeni süprizlər gözləmək lazımdır”, - rusiyalı politoloq əlavə edib. **
A.Əzizov
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət