Minsk Belarus prezidenti Aleksandr Lukaşenkonun bu ilin aprel ayında Azərbaycana etdiyi səfər zamanı əldə edilmiş razılaşmaların yerinə yetirilməsinə hazırdır. Bu sözləri Belarus prezidenti Azərbaycanın Minskdəki səfiri Lətif Qəndilovu diplomatik missiyasının başa çatması münasibətilə qəbul edərkən deyib.
“Lukaşenko vurğulayıb ki, Azərbaycan və Belarus xalqları arasında sıx mehriban və dostluq münasibətləri qurulub”, - deyə Belarus prezidentinin mətbuat xidmətinin telegram-kanalı xəbər verir.
Prezident Belarusda gedən mürəkkəb proseslərə anlayışlı yanaşmaya görə azərbaycanlı diplomata təşəkkürünü bildirib və qeyd edib ki, Belarus tərəfi də ötən il Ermənistan-Azərbaycan münaqişəsindən narahat olub.
“Əsasən Azərbaycanın və sizin Prezidentinizin mövqeyi sayəsində vəziyyəti sabitləşdirə və mövcud olan problemlərin dinc yolla nizamlanmasına gəlib çıxa bildiniz. Həm Azərbaycan, həm də erməni xalqı sakit, dinc həyata layiqdir”, - deyə Belarus lideri vurğulayıb.
Azərbaycanla iqtisadi və ticarət əlaqələrinin inkişafından danışan Lukaşenko qeyd edib ki, Belarus texniki və texnoloji yardım göstərməyə həmişə hazırdır. O, Belarusa neft təchizatına görə Azərbaycan tərəfinə təşəkkür edib. “Afərin sizə, qərb dövlətlərinin təzyiqləri qarşısında əyilmədiniz. Sözünüzün üstündə durursunuz: necə razılaşmışdıqsa, elə də hərəkət edirsiniz. Bu, indiki dünyada baha başa gəlir. Siz də bizə arxayın ola bilərsiniz. Mənim bu yaxınlarda Azərbaycana etdiyim səfər zamanı əldə edilmiş həmin razılaşmaların yerinə yetirilməsinə hazırıq”, - deyə Belarus prezidenti əlavə edib.*
E.Şəfiyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət