Azərbaycan və Serbiya 8 sənədi imzalamağa hazırlayır. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat verir.
“Çərşənbə axşamı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Serbiya XİN başçısı Nikola Selakoviç arasında təkbətək göüş keçirilib, sonra Azərbaycan və Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclası keçirildi. Öz çıxışında Babayev qeyd edib ki, Azərbaycan və Serbiya arasında bu günə qədər müxtəlif sahələr üzrə 34 sənəd imzalanıb, 8 sənəd layihəsinin baxılmaqdadır”, - nazirliyin məlumatında deyilir.
Bundan başqa, Babayev məlumat verib ki, Azərbaycan və Serbiya arasında ticarət dövriyyəsi ötən il 6,3%, bu ilin yanvar-may aylarında 55,4% artıb. O, həmçinin Serbiya şirkətlərinin Qarabağda yenidənqurma işlərində fəal iştirak edəcəyinə əminliyini bildirib.
Öz növbəsində, Selakoviç iqtisadiyyatın müxtəlif sahələri üzrə əlaqələrin, habelə humanitar əməkdaşlığın dərinləşməsi əhəmiyyətini qeyd edib.
“İclasda tərəflər ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, enerji, kənd təsərrüfatı, infrastruktur, inşaat, nəqliyyat, İKT, turizm, təhsil sahələrində əməkdaşlıq imkanlarına, iqtisadi əməkdaşlığın gələcək perspektivlərinə dair müzakirələr aparıblar”, - məlumatda deyilir.
İclasın yekunlarına dair protokol imzalanıb. Sənəd iqtisadiyyat, ticarət, investisiya, iki ölkənin şirkətləri arasında iqtisadi forum və görüşlərin təşkilini nəzərdə tutur.
Həmçinin, protokolda nəqliyyat, infrastruktur, innovasiya və İKT, təhsil, əmək, məşğulluq, sosial təminat, mədəniyyət, turizm, qida təhlükəsizliyi, standartlaşdırma və s. sahələrdə əməkdaşlıq prioriitetləri əksini tapır. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət