Azərbaycan prezidenti İlham Əliyev hesab edir ki, rəsmi Bakının qanuni addımlarına qarşı bir sıra qonşu ölkələrin emosional reaksiyaları müvəqqəti xarakter daşıyır.
“İranın sərhədlərimiz yaxınlığında hərbi təliminə gəlincə, bu çox təəccüblü hadisədir. Çünki 30 illik müstəqilliyimiz müddətində belə hadisələr olmamışdı. İlk olaraq, söyləməliyəm ki, hər ölkə öz ərazisində istədiyi hərbi təlimi keçirə bilər. Bu, onun suveren haqqıdır. Buna kimsə söz deyə bilməz. Ancaq bunu bir zaman çərçivəsində təhlil etdikdə bunun heç vaxt olmadığını görürük. Niyə məhz indi və niyə bizim sərhədlərimizdə?”, - Əliyev Türkiyənin Anadolu agentliyinə müsahibəsində deyib.
Prezident bildirib ki, bu məsələ Azərbaycan cəmiyyətini narahat edir. «Həmçinin sual olunur ki, nə üçün işğal dövründə (1993-2020-ci illərdə, Azərbaycan ərazisinin bir hissəsi işğal altında olarkən - İF) həmin rayonda hərbi təlim keçirilmirdi? Ermənilər Cəbrayıl, Zəngilan və Füzulidə olduğu zaman nə üçün hərbi təlim keçirilmirdi? Nə üçün biz bu torpaqlar işğaldan azad etdikdən və 30 illik işğala son qoyduqdan sonra bu edilir? Bunlar qanuni suallardır”, - dövlət başçısı vurğulayıb.
Əliyev əlavə edib ki, Azərbaycan bölgədə uzunmüddətli əməkdaşlığa zərbə vuracaq heç bir durumun olmamasını istəyir. “Bir daha qeyd etmək istəyirəm, Azərbaycan burada da çox məsuliyyətli və ölçülü davranır. Ümid edirəm ki, bizim qanuni addımlarımıza qarşı göstərilən emosional reaksiya müvəqqəti xarakter daşıyır”, - dövlət başçısı yekun vurub. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət