Bazar ertəsi ABŞ diplomatları Qarabağ mövzusu və Ermənistanla Azərbaycan arasında münasibətləri müzakirə etmək məqsədilə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüblər. Bu barədə ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda deyilir.
“Sentyabrın 27-də dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçsinin birinci müavini Derek Hoqan və Avropa məsələləri üzrə Milli Təhlükəsizlik Şurasının baş direktoru Amanda Slout ATƏT-in Minsk qrupunun həmsədrləri Stefan Viskonti, Endrü Şofer və İqor Xovayev, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik ilə görüşüblər”, - Dövlət Departamentinin bəyanatında qeyd olunur.
Sənəddə qeyd olunur ki, onlar “2020-ci ilin noyabr ayından etibarən ilk dəfə ötən həftə BMT Baş Assambleyası çərçivəsində Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin birgə görüşünün keçirilməsində uğurlu yardımı müzakirə ediblər”.
Qarabağda hərbi əməliyyatların bərpasının ildönümü günü onlar “hər iki tərəfdən insan tələfatı ilə əlaqədar başsağlığı veriblər”
“Onlar vurğulayıblar ki, yalnız bütün həll olunmayan məsələlərin nəzərdən keçirildiyi hərtərəfli bəyannamə iki ölkə arasında münasibətləri normallaşdıra bilər və bu regionun xalqlarına birlikdə süklh şəraitində yaşamağa imkan yarada bilər”, - bəyanatda vurğulanır.
Həmçinin, Hoqan və Slout ATƏT-in Minsk qrupunun həmsədrlərinin səylərini və “Ermənistan və Azərbaycanın birbaşa dialoq vasitəsilə sülh prosesini bərpa etmək qətiyyətini” alqışlayıblar.
“Onlar Birləşmiş Ştatların digər həmsədr ölkələrlə işi davam etdirməyə sadiqliyi barədə bəyan ediblər ki, Ermənistan və Azərbaycana Dağlıq Qarabağla bağlı həll olunmamış məsələləri və ya bu səbəbdən meydana gələn problemləri, o cümlədən, saxlanılan, itki düşmüş şəxslər barəsində məsələləri və humanitar minatəmizləmə üzrə səyləri həll etsinlər”, - bəyanatda vurğulanır. **
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət