Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi Bağdad Amreyev təşkilatın 2020-2021-ci illərdə gücləndiyini qeyd edir.
“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) 2020-2021-ci illərdə ühüm nailiyyətlər və ilk növbədə Azərbaycanın torpaqlarını işğaldan azad etməsi, suverenliyinin və ərazi bütövlüyünün yenidən bərpa olunması ilə daha da gücləndi”, - Amreyevin Naxçıvan Sazişinin imzalanmasının 12-ci ildönümü münasibətilə yazılı bəyanatında deyilir. Oktyabrın 3-u Türkdilli Ölkələrin Əməkdaşlığı Günü elan olunub.
«44 gün davam edən Vətən müharibəsi zamanında Türk Şurası bütün üzv ölkələr adından Azərbaycanın haqlı davasını ən güclü şəkildə dəstəklədi və əldə edilən Zəfər bütün üzv dövlətlərimiz üçün qürur mənbəyinə çevrildi”, - Amreyev qeyd edib.
O, həmçinin vurğulayıb ki, Türk Şurasının qısa müddət ərzində bölgədə və kənarda hörmətli və effektiv bir struktur halına gəlməsi və əldə etdiyi nailiyyəltəri ilə fəxr edir.
Amreyevin rəyinə görə, “Türkmənistanın Türk Şurasında gözlənilən iştirakı təşkilatın gündəmini mühüm dərəcədə zənginləşdirəcək və təşkilatın daxilində əməkdaşlığa yeni təkan verəcək”.
Həmçinin, baş katib vurğulayb ki, Türk Şurasının tədbirəri çərçivəsində iqtisadiyyatdan nəqliyyata, sağlamlıqdan təhsilə, gənclikdən və idmandan turizmə qədər 20-dən çox əməkdaşlıq sahəsində məhsuldar işlər görülüb.
Bundan başqa, o, noyabr ayında keçiriləcək İstanbul sammiti mövzusuna toxunub. Amreyevin sözlərinə görə, “Türk Dünyası 2040 Vizyonu”na daxil edilən yeni hədəflər və təşəbbüslər hesabına türk dövlətləri arasındakı əlaqələr daha sıx əməkdaşlıq, daha dərin inteqrasiya mərhələsinə qədəm qoyur.
3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan prezidentlərtinin iştirakı ilə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının (Türk Şurası) yaradılması ilə bağlı Naxçıvan Sazişi imzalanıb. Sənəd ütün türk dünyasının əməkdaşlığı üçün platformanın yaradılması məqsədilə imzalanıb. **
A.Salayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət