Azərbaycan Ermənistanla münasibətləri normallaşdırmağa və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində iki dövlətin ərazi bütövlüyünün tanınması təqdirdə sülh sazişini imzalamağa hazırdır. Bu barədə Azərbaycan Respublikasının baş naziri Əli Əsədov bəyan edib.
“Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində iki dövlətin ərazi bütövlüyünün tanınması təqdirdə Ermənistanla sülh sazişini imzalamağa hazırdır”, - Əsədov cümə günü MDB Hökumət Başçıları Şurasının iclasında bildirib.
Baş nazir qeyd edib ki, RF-nin sülhməramlı səyləri və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi “şübhəsiz Cənubi Qafqazda sülh və təhklükəsizliyin möhkəmlənməsinə xidmət edir”.
Əsədov əlavə edib ki, Azərbaycan regionda nəqliyyat kommunikasiyalarının açılmasının tərəfdarıdır. “Bundan nəinki Azərbaycan, həm də regionun digər ölkələri də fayda görəcəklər. Nəqliyyat kommunikasiyalarının açılması yalnız Cənubi Qafqazda deyil, həm də bütövlükdə MDB məkanında iqtisadi münasibətlərin gələcək inkişafında mühüm rol oynayır”, - o vurğulayıb.
Baş nazir bildirib ki, Azərbaycan Ermənistanla münaqişənin keçmişdə qaldığına əsaslanır.
Əsədov həmçinin qeyd edib ki, Bakı beynəlxalq hüquq çərçivəsində tezliklə Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiya və demarkasiyasının tərəfdarıdır. “Azərbaycan heç vaxt özgənin ərazilərinə iddia etməyib, lakin öz torpağının bir qarışını belə heç kəsə verməyəcək”, - baş nazir əlavə edib.
O, həmçinin vurğulayıb ki, ölkə qarşısında duran vacib məsələlərdən biri məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz qayıdışıdır.
“2021-ci ildə Qarabağda bərpa işlərinə $1,3 milyard sərf olunub, 2022-ci ilin dövlət büdcəsində də bu məqsədlərə analoji məbləğdə xərclər planlaşdıılır”, - Əsədov deyib.
Onun sözlərinə görə, azad edilmiş ərazilərin bərpasına əngəl törədən əsas problemlərdən biri minalanmış ərazilərdir. “İndiyədək 20 min hektar ərazi minalardan təmizlənib. Ermənistan tərəfinin Azərbaycana verdiyi üç rayon üzrə mina xərtələrinin dəqiqliyi 25%-dən azdır. Bu günədək 167 Azərbaycan vətəndaşı minaya düşüb, onlardan 30-dan çoxu həlak olub”, - Əsədov yekun vurub. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət