Ermənistan Qarabağ və Şərqi Zəngəzurunb işğalı dövründə regionun biomüxtəlifliyinə böyük zərər yetirib. Bu barədə Milli Məclisin deputatı Emin Hacıyev bəyan edib.
“Azərbaycanın 2020-ci ildə İkinci Qarabağ müharibəsində qələbəsi ökənin və bölgənin tarixində yeni eranın başlanğıcı oldu. Tarixi ədalərin bərpası Azərbaycanın hərtərəflki inkişafı üzrə çoxillik strateji xəttinin məntiqi nəticəsi və ölkənin möhkəmlənməsi üzrə fasiləsiz işin məntiqi nəticəsidir, xalq, dövlət və Ordu birliyinin sarsılmaz olduğunun göstəricisidir”, - Hacıyev Şuşa şəhərində keçirilən “Cənubi Qafqazda sülhün möhkəmləndirilməsi problemləri” adlı konfransda bildirib.
“İnterfaks-Azərbaycan”ın məlumatına görə, onun sözlərinə görə, müharibə bitdikdən bir il sonra Cənubi Qafqazın uzunmüddətli sülh və sabitliyə ehtiyacı var.
“Azərbaycan prezidenti İlham Əliyev bir neçə gün əvvəl Ermənistana sülh sazişi imzalamağı, fikir ayrılıqlarını aradan qaldırmağı, uzunmüddətli sabitliyi təmin etməyi və bununla da bütün region üçün yeni səhifə açmağı təklif edib. Lakin İrəvan Bakının konstruktiv mövqeyini qəbul etməyi rədd edir”, - Hacıyev bildirib.
O vurğulayıb ki, Azərbaycan, RF və Ermənistanın baş nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupu yaradılıb və nəqliyyat və iqtisadi əlaqələrin açılması, regional əməkdaşlıq üçün əlverişli mühitin yaradılması üzrə iş aparılır.
“Azərbaycanda Bakı ilə İrəvan arasında münasibətlərin bütün kompleksinin siyasi-diplomatik həllinə yönələn səylərin mahiyyətinə diqqət yetirilir. Öz növbəsində, Ermənistanda sülh və təhlükəsiz şəraitdə birgə yaşamanın üstünlüklərini qiymətləndirməlidirilər, bölgənin bütün dövlətləri bu məsələdə maraqlıdır. Kommunikasiyalar açılmas Ermənistan regionda səmərəli qarşılıqlı əlaqələr qura bilməyəck. Bunu İrəvanda başa düşməlidirilər. Qarabağ münaqişəsinin olmadığı şəraitdə əlaqələr qurmaq, sərhəddə vəziyyəti tənzimləmək lazımdır. Münasibətlərin təşkilinin düzgün bazisini formalaşdırma əsasdır. Gələcəyə baxmaq lazımdır”, - Hacıyev əlavə edib.
O qeyd edib ki, işğal dövrünün vurduğu zərərin miqyasının iri olmasına baxmayaraq, həmçinin Azərbaycanın qarşısında regionun biomüxtəlifliyinin bərpası məsələsi durmaqdadır.
“Meşələrin kəsilməsi və yandırılması, su ehtiyatlarının çirkləndirilməsi, flora və faunanın məhv edilməsi, təbii sərvətlərin talan edilməsi nəticəsində bütün regionun ekoloji balansı pozulub - ekosid törədilib. İşğalçılar yalnız təbiəti məhv etməyiblər, onun, bu diyarda məskunlaşan insanlarla tarixi yaddaşı ilə əlaqəni məhv etməyə çalışıblar”, - parlamentin deputatı vurğulayıb. **
N.Mayılov, A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət