Şənbə günü Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Koreya Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Li Eun-Yongun etimadnaməsinin surətini qəbul edib. Bu barədə XİN-dən məlumat verilir.
Nazir Azərbaycan və Koreya arasında mövcud olan ikitərəfli münasibətlərin uğurlu inkişafını, həmçinin iki ölkə arasında bir çox sahələrdə geniş əməkdaşlıq imkanlarının mövcud olduğunu bildirib. O, iqtisadi sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib və bu xüsusda, Azərbaycan və Koreya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın fəaliyyətini vurğulayıb.
O cümlədən, nazir qarşı tərəfə Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilən təcavüzkar siyasətin tarixi, beynəlxalq ictimaiyyətin bu xüsusda mövqeyi, 44 günlük Vətən müharibəsi, üçtərəfli bəyanatların imzalanmasından sonra bölgədə mövcud olan vəziyyət, mina təhlükəsi, işğaldan azad olunmuş ərazilərdəki həyata keçirilən bərpa və yenidən quruculuq işləri barədə ətraflı məlumat verib.
Səfir, öz növbəsində iki ölkə arasında əlaqələrin uğurlu inkişafını qeyd edib, Azərbaycan və Koreya arasında siyasi, iqtisadi, təhsil və digər sahələrində əməkdaşlıq münasibətlərinin inkişaf perspektivlərinə toxunub.
XİN-in məlumatında qeyd olunur ki, tərəflər, Azərbaycan və Koreya arasında ikitərəfli münasibətlərin müxtəlif aspektləri, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Eyni zamanda, azad edilmiş ərazilərdə bərpa və yenidən quruculuq işlərinə Koreya şirkətlərinin cəlb edilməsi məsələləri müzakirə edilib. **
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət