Belarus və Azərbaycan ticari-iqtisadi əməkdaşlığın inkişafı tempini qoruyub saxlamalıdır. Bu barədə Belarus baş nazirinin müavini İqor Petrişenko bəyan edib.
“2021-ci ilin aprel ayında Belarus prezidentinin Azərbaycana səfəri biegə işimizə güclü təkan verib. Pandemiya ilə bağlı müəyyən məhdudiyyətlərə baxmayaraq bütün istiqamətlər üzrə əməkdaşlıq inkişaf edir. 2021-ci ilin 11 ayı ərzində ticarət dövriyyəsinin səviyyəsi $800 milyon rəqəminə çatıb. Bu çox mühüm rəqəmdir, 2020-ci ilin analoji dövrü ilə müqayisədə artım praktiki olaraq, iki dəfədir. ticari-iqtisadi əməkdaşlığın inkişafı tempini qoruyub saxlamaq bizim çox vacibdir”, - Petrişenko Azərbaycanın Belarusdakı səfiri Ülvi Baxşəliyev ilə görüşdə bildirib.
Petrişenkonun sözlərinə görə, ikitərəfli qarşılıqlı əlaqələrin əsas istiqamətlərindən biri – sənaye kooperasiyasıdır.
“İkitərəfli qarşılıqlı əlaqələrin ən əsas istiqamətlərindən biri – sənaye kooperasiyasıdır. Belə ki, Gəncə Avtomobil Zavodunda Belarus texnikasının quraşdırma istehsalı fəal inkişaf edir. Bundan əlavə, biz razılaşmışıq ki, layihə institutlarımız infrastrukturun bərpası məsələləri, aqrşəhərciklər mövzusunu ətraflı işləyəcəklər. O cümlədən, kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafı aktualdır, aqrar idarələrimiz arasında aktiv əlaqələr var, heyvandarlıq, sd emalı, bitkiçilk sahəsində konkret planlar və qarşılıqlı əlaqələr üzrə yanaşmalar müəyyən edilib”, - o qeyd edib.
Bakı ilə Minsk arasında siyasi əlaqələr mövzusuna toxunaraq Petrişenko bəyan edib ki, Belarus fevral ayında Bakıda keçiriləcək Gənclər Forumuna nümayəndə heyəti göndərməyi planlaşdırır.
“Azərbaycan prezidentinin Gənclər Forumunun keçirilməsi ilə bağlı təşəbbüsünü reallaşdırmağa hazırlaşırıq. Forum cari ilin fevral ayına planlaşdırılıb, 20 nəfərdən çox nümayəmndə göndərməyi nəzərdə tuturuq. Planlarda Azərbaycanda Belarus Mədəniyyət Günləri, daha sonra isə Belarusda cavab tədbirlərinin keçirilməsi var”, - baş nazirin müavini bildirib.
Petrişenko ümidvar olduğunu bildirib ki, Azərbaycan və Belarus turizm sahəsində pamdemiyadan əvvəlki səviyyəni bərpa edəcəklər. “Ümid edirik ki, turimz sahəsində qarşılıqlı əlaqələrin pandemiyadan öncəki səviyyəsi bərpa ediləcək və Azərbaycandan bizə, həmçinin sanatoriya-kurort müəssisələrinə turistlər gələcəklər. Bizdə COVİD-19-dan sonra reabilitasiya təşkil olunub”, - o bəyan edib. **
E.Şəfiyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət