"Brand Award International” beynəlxalq müsabiqəsinin səsverməsinə start verilib.
Birinci “Brand Award International” beynəlxalq müsabiqəsinin səsverməsinə start verilib. Bu müsabiqədə dünyanın müxtəlif ölkələrində keçirilən “Brand Award” milli və regional yarışmalarının qalibləri iştirak edirlər.
Bu barədə “Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev bildirib.
Telman Əliyev qeyd edib ki, Azərbaycanı bu müsabiqədə milli “Brand Award Azerbaijan” yarışmasında qalib gəlmiş 50 brend təmsil edəcək. “Brand Award” milli müsabiqəsinin keçirilmədiyi ölkələri təmsil edən korporativ brendlər, həmçinin məhsul və xidmət brendləri də beynəlxalq “Brand Award International” müsabiqəsinə qatılıblar.
“Brand Award International” mükafatı ən tanınan 50 beynəlxalq korporativ brendə, eləcə də məhsul və xidmət brendlərinə təqdim olunacaq. Qalib brendlər müstəqil beynəlxalq platformada keçirilən onlayn səsvermə üsulu ilə müəyyənləşdiriləcək. Respondentlər www.brandaward.org saytı üzərindən səs verəcəklər. Səsvermə yanvarın 28-dən fevralın 20-dək keçiriləcək. Qaliblər martın 3-də “Brand Award INTERNATIONAL” mükafatının onlayn təqdimetmə mərasimində elan ediləcək.
Sıralarında 50 ölkədən 5000-dən çox şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-netvorkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət