Riqa Bakı ilə iqtisadi əməkdaşlığın və ticarət münasibətlərinin genişləndirilməsində maraqlıdır. Bunu Latviyanın baş naziri Krişyanis Karinş deyib.
“Latviya Azərbaycanla iqtisadi əməkdaşlığı və ticarət münasibətlərini genişləndirməkdə maraqlıdır. Bu məsələ Hökumətlərarası Komissiyanın martın ortalarında Riqada keçiriləcək iclasında iki ölkənin hökumət nümayəndələri tərəfindən daha ətraflı müzakirə olunacaq”, - deyə o, Riqada Milli Məclisin sədri Sahibə Qafarovailə görüşdə bildirib.
“İnterfaks-Azərbaycan” agentliyi Latviya hökumətinə istinadən xəbər verir ki, Qafarova və Karinş, həmçinin ali təhsil sahəsində əməkdaşlığın möhkəmləndirilməsinin zəruriliyini qeyd ediblər.
Tərəflər regional təhlükəsizlik mövzusunu da müzakirə ediblər.
Karinş qeyd edib ki, Latviya Cənubi Qafqaz regionunun təhlükəsiz və sabit inkişafını dəstəkləyir.
Regiondakı vəziyyətə toxunan Qafarova Azərbaycanla Ermənistan arasında münaqişənin başa çatdığını vurğulayıb. “2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat münaqişəyə son qoyub və 44 günlük Vətən müharibəsi regionda yeni reallıqlar yaradıb. İndi Azərbaycan öz imkanları hesabına işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirir”, - deyə o qeyd edib.
Sədrin sözlərinə görə, Azərbaycan müharibədən yox, sülh və gələcək haqqında danışmaq istəyir. “Azərbaycan artıq Ermənistana bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə başlanması, regionda bütün kommunikasiyaların bərpası və münasibətlərin normallaşmasına gətirib çıxaracaq sülh sazişinin imzalanması ilə bağlı bir sıra təkliflər verib”, - deyə o əlavə edib.*
E.Şəfiyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət