Zəngəzur dəhlizinin açılması, nəinki region üçün, o cümlədən Avropa İttifaqına üzv olan ölkələr üçün də yeni imkanlar yaradacaq. Bu barədə Milli Məclisin sədri Sahibə Qafarova Litvanın xarici işlər naziri Gabrielius Landsbergislə görüş zamanı bəyan edib.
Azərbaycan parlamentinin spikerinin Litvaya rəsmi səfəri çərçivəsində baş tutan görüş zamanı ölkəmizin həyata keçirdiyi layihələr və mövcud olan investisiya imkanları barədə Landsbergisə məlumat verilib. Bu barədə Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilir.
“Sahibə Qafarova bildirib ki, Azərbaycan Litva şirkətlərini də ölkəmizdə həyata keçirilən layihələrə investisiya yatırmağa dəvət edir. Milli Məclisin sədri Zəngəzur dəhlizinin strateji əhəmiyyətindən də danışaraq qeyd edib ki, bu dəhlizin açılması, nəinki region üçün, o cümlədən Avropa İttifaqına üzv olan ölkələr üçün də yeni imkanlar yaradacaq”, - parlamentin saytında dərc olunan məlumatda deyilir.
Qafarova bu səfərin “ikitərəfli əlaqələrin daha da inkişafına töhfə verəcəyinə, Azərbaycan ilə Litva arasında dostluq və əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə” ümidvar olduğunu bildirib.
Öz növbəsində, Landsbergis ölkələrimiz arasında yaxşı əlaqələrin olduğunu deyib. “O, ölkəmizə iki dəfə səfər etdiyini xatırladaraq, bu səfərlərdən məmnunluğunu bildirib, ölkəsinin Azərbaycanla uğurlu birgə layihələr həyata keçirdiyini söyləyib. Landsbergis Litvanın həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini qeyd edib”, - məlumatda qeyd olunur.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. **
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət