Artıq xoş ənənə halını almış CEO Breakfast BAKU, Klub üzvlərimizin əvəzolunmaz networking platformasına çevrilib. 2021-ci ilin iyul ayından bu günə kimi Bakıda və Azərbaycanın müxtəlif regionlarında 30-dan çox CEO Breakfast keçirilib. Bu barədə Caspian Energy Club-un Sədri və qrupun Baş icraçı direktoru Telman Əliyev bildirib.
Telman Əliyev qeyd etdi ki, - 18 fevral 2022 il tarixində keçirilən növbəti CEO Breakfast-da bizim Başkortostan Respublikasından qarşıladığımız 14 şirkəti təmsil edən 25 nəfərdən ibarət deleqasiya da iştirak edib. Tədbir çərçivəsində bir sıra B2B görüşlər keçirilib.
CEO Breakfast post-lockdown dövründə mühim rol oynayır, şirkət rəhbərləri və nümayyəndələri üçün ünsiyyət yaratmaq, öz xidmət və məhsullarını həm Caspian Energy Club-un üzvlərinə həmdə klubdan kənar şirkətlərə tanıtmaq üçün əlverişli şərait yaradır. Hər CEO Breakfast-da iştirak edən çoxsaylı şirkətlər bir-biri ilə yaxından taniş olub, öz satışlarını rahatlıqla həyata keçirə bilir. Bizim statistikamıza əsasən, şirkətlər hər tədbirdən, sayı 5-dən az olmayan satış əldə edirlər.
“CEO Breakfast-ın unikallığı ondan ibarətdir ki kiçik və orta biznes nümayəndələri iri holdinq və transmilli şirkətlərin nümayəndələri ilə bir platformada görüşüb ünsiyyətə girə bilirlər. Bu networkinq imkanı kiçik və orta biznesin inkişafına stimul verir. Tədbirin məqsədi kiçik və orta biznesi təmsil edən iş adamlarının biznesinin inkişafı və irəliləməsidir, buda öz növbəsində Azərbaycan Respublikası iqtisadiyyatının inkişafına yol açır. CEO Breakfast çərçivəsində aktual sual və təkliflər müzakirə olunur,fikir mübadiləsi aparılır.”- Telman Əliyev bildirib
CEO Breakfast hər həftənin cümə günü 09:00-da fərqli məkanlarda Caspian Energy Club-un üzvləri və qonaqlarının iştirakı ilə keçirilir - deye Telman Əliyev bildirib.
Sıralarında 50 ölkədən 5000-dən çox şirkət və təşkilatı birləşdirən Caspian Energy Club 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-ın əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-networking üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən Caspian Energy Club-ın Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət