“VMedia” Youtube kanalı Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş yeni videoçarx təqdim edib.
Kanalın müəllifləri hesab edirlər ki, əgər Ermənistan həqiqətən də regionda sülhə doğru dönüş etmək istəyirsə, Birinci Qarabağ müharibəsi zamanı özünün hərbi cinayətkarlarını mühakimə etməlidir. “Yalnız bu halda Ermənistanın həqiqətən də öz çətin keçmişi ilə əlaqəni kəsmək istəyinə inanmaq olar. Bu arada 1988-1992-ci illərdə 366-cı alayda komandanlıq edən Seyran Ohanyan və ya Robert Köçəryan kimi bu şəxslər nəinki azadlıqdadır, hətta hələ də siyasətlə məşğuldurlar. Hələ 10 il Ermənistan prezidenti olmuş, Xocalıdakı əməllərini faktiki olaraq etiraf edən Serj Sarkisyandan söhbət getmir”, - deyə kanalın müəllifləri “İnterfaks-Azərbaycan” agentliyinə bildiriblər.
Filmdə əsas vurğu o zamanlar Stepanakert adlanan Xankəndidə yerləşən 366-cı motoatıcı alayının Xocalı soyqırımında oynadığı rola yönəlib. Filmdə Bakıda və İrəvanda yerləşdirilən sovet qoşunlarının hələ də müttəfiq mərkəzə - Moskvaya tabe olduğu bir vaxtda 366-cı alayın (faktiki olaraq hələ Sovet İttifaqının tərkibində) erməni separatçılarının və terrorçularının əlinə keçməsinə dair sensasion sübutlar təqdim olunub.
Əsas sübutlardan biri desant zabiti Viktor Şevçenkonun 366-cı alayın daxil olduğu 23-cü diviziyanın mətbu orqanı olan “Sovet döyüşçüsü” qəzetində 26 mart 1992-ci ildə dərc edilmiş məqaləsidir. Məhz bu məqaləyə görə general-leytenant İ.Ohanyan (Zaqafqaziya Hərbi Dairəsinin komandanının müavini) martın 26-da çap olunan bütün tirajın məhv edilməsi haqqında əmr verib. Filmin izləyicilərinə Xocalı faciəsindən dərhal sonra “Azərbaycan” nəşriyyatının direktoru Baqatur Qayıbova ünvanlanmış məktubla göndərilmiş yeganə nüsxənin təkrar çapı nümayiş etdiriləcək.
V.Şevçenkonun sözlərinə görə, “yüzlərlə desant hər kəsə 366-cı alayın bütün silah və texnikasını silahlıların əlinə utancverici şəkildə təslim etməsinə şahidlik etməyə hazırdır”.
“Bu hadisə desantçıların “təmin etdiyi” “mütəşəkkil çıxış” kimi təqdim edilib. Əslində, bu, çıxış deyil, nizam-intizam və hərbi şərəf ideyalarını itirmiş, tamamilə parçalanmış hərbi qulluqçular cəmiyyətinin çıxarılması oldu. Alayın yüz əlli zirehli texnikasının üçdə birindən az hissəsi hava ilə təxliyə edildi. Səkkiz ultramüasir tank, yüzə yaxın döyüş maşını, özüyeriyən zenit silahları, haubitsalar və döyüş sursatları, atıcı silahların dörddə üçü alayın səyi ilə humanizmdən uzaq insanlarda qaldı”, - deyə filmdə Şevçenkonun sözləri sitat gətirilib.
Həmçinin filmdə 366-cı alayın komandiri polkovnik Yuri Zarviqorovla telefon danışığının yazısı da təqdim olunub. Onun Moskvadakı ştatdankənar müxbirimizə dediklərini filmdə izləyə bilərsiniz.
Bütün bu sübutlar ermənilərin Birinci Qarabağ müharibəsində necə qalib gəldiyini göstərir. Eyni zamanda, vurğulanır ki, Xocalı soyqırımının əsas günahkarları hələ də cəzalandırılmayıb.*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət