Aprelin 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun geniş tərkibdə görüşü keçirilib.
“İnterfaks-Azərbaycan” agentliyi Qırğızıstan Prezidentinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, dövlət başçıları ikitərəfli əməkdaşlığın geniş spektrini, o cümlədən ticari-iqtisadi, mədəni-humanitar və investisiya sahələrində qarşılıqlı fəaliyyəti müzakirə ediblər.
Prezident İlham Əliyev bildirib ki, tərəflər danışıqların yekunları üzrə maksimum nəticəyə nail olmaq əzmindədir. Onun sözlərinə görə, Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin imzalanması əlamətdar hadisədir, çünki ölkələrin qarşılıqlı fəaliyyətdə olduğu illər ərzində münasibətlər belə yüksək səviyyədə olmayıb.
“Strateji tərəfdaşlıq həm böyük üstünlüklər, həm də böyük məsuliyyət deməkdir. Əminəm ki, gələcəkdə də həmişə, beynəlxalq qurumlarda da bir-birimizi dəstəkləyəcək, ikitərəfli planda fəal işləyəcəyik”, - deyə Azərbaycan lideri qeyd edib.
O əlavə edib ki, təkbətək görüşdə bir çox məsələlər - investisiya layihələri, kənd təsərrüfatı sahəsində əməkdaşlıq və nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı məsələlər müzakirə edilib.
Öz növbəsində, Sadır Japarov məmnunluqla bildirib ki, iki ölkə arasında hər hansı siyasi ziddiyyət yoxdur. “Buna görə biz bu əlverişli şəraitdən istifadə etməyə və qurucu səylərimizi birləşdirərək iki ölkənin qardaş xalqları naminə əməkdaşlığımızı genişləndirməyə borcluyuq”, - deyə o vurğulayıb.
Qırğızıstan Prezidenti bildirib ki, bu gün dünyada baş verən dərin dəyişikliklər tərəflərə yeni tipli münasibətlər qurmaq üçün tarixi şans verir və ticari-iqtisadi sahədə əməli əməkdaşlıq üçün geniş imkanlar var.
“Bu gün biz iqtisadiyyatımızın liberallaşdırılmasına yönəlmiş addımlar atırıq. İnvestisiya qanunvericiliyi təkmilləşdirilir, bununla əlaqədar Qırğız Respublikasının digər ölkələrlə investisiya əməkdaşlığı fəallaşır. Odur ki, biz Azərbaycanın biznes dairələrini bizim ölkədə investisiya imkanlarını fəal öyrənməyə və azad iqtisadi zonaların, güzəştli vergi və gömrük rejimlərinin öyrənilməsinə diqqəti artırmağa dəvət edirik. Şübhəsiz, bu, ölkələrimiz arasında işgüzar əməkdaşlığın fəallaşmasına kömək edəcək. Bu gün bizim qarşılıqlı münasibətlərimizin keyfiyyətcə yeni səviyyəyə çatdırılması üçün hər cür şərait yaranıb. Bununla əlaqədar, Qırğızıstanın iki dövlət arasında strateji tərəfdaşlıq münasibətləri qurulması barədə təşəbbüsünü dəstəklədiyinizə görə Sizə səmimi qəlbdən təşəkkür edirəm”, - deyə Sadır Japarov bildirib.
O, Azərbaycan Prezidentini onun üçün uyğun bir vaxtda Qırğızıstana səfərə dəvət edib. “Azərbaycan lideri dəvəti məmnuniyyətlə qəbul edib”, - deyə məlumatda vurğulanır.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət