İrəvan Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və demaraksiyası məsələləri üzrə işçi qrupunun fəaliyyətə başlaması ilə bağlı yardım üçün Moskva və Brüsselə müraciət edə bilər. Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan edib.
“Ermənistan və Azərbaycan Soçi və Brüssel bəyanatlarına uyğun olaraq delimitasiyası və demaraksiyası məsələləri üzrə işçi qrupu formalaşdırır, Bu prosesin həyata keçirilməsi üçün həm Moskvadan, həm də Brrüsseldən yardım istəyə bilərik. Laki işçi qrupu sırf ikitərfəli olacaq”, - Qriqoryan bu gün Ermənistan hökumətinin iclasının yekunlarına dair brifinqdə bildirib.
Onun sözlərinə görə, Ermənistan tərəfindən işçi qrupunun tərkibi formalaşdırılıb, lakin texniki məsələlər razılaşdırılmaması səbəbindən Azərbaycan tərəfi ilə görüş baş tutmayıb.
Qriqoryan bildirib ki, Azərbaycanla sülh sazişi ətrafında danışıqların başlanması ilə əlaqədar Ermənistan tərəfinin yanaşması İrəvan və Bakının təkliflərinin birləşdiirlməsindən ibarətdir. “İki paket birləşdirilməlidir və onun əsasında sülhə dair danışıqlara başlamaq lazımdır. Ümid edirik ki, bu məsələ ilə əlaqədar hanısa mərhələdə ümumi məxrəcə gələcəyik”, - o bildirib.
Həmçinin, Qriqoryan bəyan edib ki, Qarabağın statusunun müəyyənləşdirilməsində təhlükəsizlik və hüquqların müdafiəsi məsələləri prioritetdir. “Danışıqlara bu gündəliklə gedirik”, - o bildirib. **
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət