Azərbaycan hökuməti Kəlbəcər rayonunda (Şərqi Zəngəzur iqtisadi rayonu) mineral su istehsalı zavodunun və müasir “İstisu” sanatoriyasının tikintisi üçün investorlara kömək etməyə hazırdır.
“Dövlət qurumları tərəfindən “Yuxarı İstisu”, “Aşağı İstisu”, “Keşdək”, “Qarasu”, “Mozçay”, “Qotursu” yataqlarından istifadə olunmaqla mineral su istehsalının təşkili layihəsi hazırlanıb. Layihə təxminən 3 milyon manat (cari məzənnə ilə $1,8 milyona qədər) dəyərində qiymətləndirilir. Həmçinin bütün bu mineral su bulaqlarından istifadə olunmaqla müasir “İstisu” sanatoriyasının tikintisi layihəsi də hazırlanıb. Layihələrin dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində həyata keçirilməsi planlaşdırılır. İnvestorlara dövlət tərəfindən güzəştli kreditlər, gömrük və vergi güzəştləri və investisiya təşviqi sənədi veriləcək”, - deyə hökumətdəki mənbə “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Mənbə qeyd edib ki, 1 litr mineral su istehsalı üçün elektrik enerjisi sərfi 1,12 kVt/saat, qaz sərfi isə 0,01 kubmetr təşkil edəcək.
“Hazır məhsulun istehsalı üçün karbon qazlı mineral-termal su, şüşə və plastik qab, qablaşdırma məhsulları və s. istifadə olunacaq. Hökumətin qiymətləndirmələrinə görə, “Yuxarı İstisu” yatağından gündəlik mineral su hasilatı 867 kubmetr, “Aşağı İstisu” yatağından - 748 kubmetr, “Keşdək” zonasından - 108 kubmetr həcmində qiymətləndirilir”, - deyə hökumətdən bildiriblər.
Layihənin əsas üstünlükləri aşağıdakılardır: yüksək kommersiya potensialı, bu yataqlardakı suyun qaz və kimyəvi tərkibinə, eləcə də yüksək temperaturuna görə digər ölkələrin yataqlarındakı sulardan xüsusi fərqi.
“Həmçinin mineral su yataqlarının yerləşdiyi ərazilər də geniş turizm imkanlarına malikdir”, - deyə mənbə əlavə edib.
Hökumətin məlumatına görə, Azərbaycanda mineral suların ümumi ehtiyatının 33%-i Kəlbəcər və Laçın rayonlarında yerləşir. Bu rayonlarda suların gündəlik istismar ehtiyatı 7393 kubmetr təşkil edir ki, bunun da 42%-i Laçının, 58%-i isə Kəlbəcərin payına düşür. Təkcə Kəlbəcər rayonunun Tərtər çayı hövzəsində 400-ə yaxın mineral su yatağı var.
“İstisu” bulağı öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə dünyada məşhur olan Karlovı-Varı bulaqlarından (Çexiya) fərqlənmir. “İstisu”da suyun hərarəti 58,8 0C dərəcədir. Cəmi mineralların sayı 6,7 qrama çatan 1 litr suyun tərkibi göstərir ki,litium, brom, yod, mərgümüş, fosfor, sink, mis, nikel, maqnezium, dəmir və s. kimyəvi maddələrlə zəngindir. Bu bulaqların suyundan mədə-bağırsaq, qaraciyər, öd kisəsi və s. xəstəliklərin müalicəsində işlədilir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət