Rusiya Azərbaycanla münasibətləri qiymətləndirir, müttəfiqlik qarşılıqlı fəaliyyətinin inkişafına ümid edir. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Dünyada mövcud vəziyyət daim fikir və qiymətləndirmə mübadiləsinin aparılmasını, fevral ayında imzalanmış Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməyə uyğun olaraq müttəfiqlər arasında bir-birinin maraqlarını nəzərə alacaq razılaşmalar tələb edir”, - deyə Lavrov Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqlar zamanı bildirib.
Rusiyalı nazir qeyd edib ki, dünən Azərbaycan Prezidenti İlham Əliyevlə ətraflı və işgüzar söhbət zamanı iki ölkə arasında qarşılıqlı fəaliyyətin bütün əsas prinsipial istiqamətləri nəzərdən keçirilib.
“Liderlərimizin bizə verdiyi impulslar dəqiqliklə təsdiqlənib və bütün bu istiqamətlərdə - iqtisadiyyat və investisiyalar, maliyyə, sosial, humanitar və əlbəttə ki, xarici siyasi fəaliyyətin əlaqələndirilməsi sahəsində necə işləmək lazım olduğunu bilirik”, - deyə Lavrov qeyd edib.
O əlavə edib ki, sözün əsl mənasında çiçəklənən Bakıda olmaq ona həmişə xoşdur. “Biz münasibətlərimizi qiymətləndiririk, şəxsi təmasları birgə iş məsələlərinin müzakirəsi ilə birləşdirmək həmişə xoşdur”, - deyə RF XİN başçısı bildirib.
Lavrovun sözlərinə görə, iki ölkə arasında əlaqələr Regionlararası Forum, Gənclər Forumu və Humanitar Forum kimi bir sıra formatlar çərçivəsində inkişaf edir.
Öz növbəsində, C.Bayramov qeyd edib ki, bu danışıqlar Rusiya ilə Azərbaycan arasında qarşılıqlı əlaqələrin, müxtəlif məsələlər üzrə əməkdaşlığın geniş gündəliyini müzakirə etmək üçün yaxşı fürsətdir.
Onun sözlərinə görə, diplomatik münasibətlərin qurulmasının 30 illiyi çərçivəsində fəal şəkildə tədbirlər keçirilir, ilin ikinci yarısı üçün gündəlik də genişdir.
Azərbaycan XİN başçısı əlavə edib ki, danışıqlar zamanı həm ikitərəfli gündəliyin, həm də regional və qlobal proseslərin müzakirə olunacağına ümid edir.*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət