Çərşənbə günü xarici işlər naziri Ceyhun Bayramov İspaniyaya rəsmi səfəri çərçivəsində bir sıra görüşlər keçirib, görüşlər əsnasında Bakı və Madrid iki ölkə arasında əməkdaşlığıln geniş perspektivlərini qeyd edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilir.
XİN-dən bildirilib ki, Bayramov İspaniyaya rəsmi səfəri çərçivəsində İspaniya Krallığının xarici işlər, Avropa İttifaqı və əməkdaşlıq naziri Xose Manuel Albares Bueno, İspaniya Krallığının sənaye, ticarət və turizm naziri Maria Reyes Maroto tərəfindən qəbul edilib. Həmçinin, XİN başçısı Ümumdünya Turizm Təşkilatının (ÜTT) baş katibi Zurab Pololikaşvili ilə görüşüb.
XİN-dən məlumat verilib ki, nümayəndə heyətinin qatılımı ilə geniş tərkibli görüşdə nazirlər ölkələrimiz arasında bir sıra istiqamətlər üzrə, o cümlədən iqtisadiyyat, ticarət, yüksək texnologiyalar, enerji, elm-təhsil, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
Görüş zamanı Bayramov həmkarına bölgədə post-münaqişə dövründə mövcud olan vəziyyət, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq işləri, Azərbaycanın bölgədə sülh quruculuğu istiqamətində atdığı addımlar barədə məlumat verib.Nazir İspaniya şirkətləri ilə geniş əməkdaşlıq perspektivləri olduğu bildirilib.
Öz növbəsində, Xose Manuel Albares Bueno İspaniya şirkətlərinin Azərbaycanda sərmayə qoyuluşunda maraqlı olduqlarını, turizm, ticarət və iqtisadiyyat sahəsində geniş əməkdaşlıq perspektivlərinin mövcudluğunu vurğulayıb.
Tərəflər həmçinin Azərbaycanın Avropa İttifaqı ilə qarşılıqlı əməkdaşlığını müzakirə ediblər.
Görüş çərçivəsində nazirlər ADA Universiteti və İspaniya Krallığının Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyinin Diplomatik Məktəbi arasında Memorandum imzalayıblar.
Bayramov İspaniyanın sənaye, ticarət və turizm naziri Maria Reyes Maroto ilə görüş zamanı iki ölkənin əməkdaşlıq perspektivlərini qeyd edib, Qarabağ və Şərqi Zəngəzurda qarşılıqlı fəaliyyət imkanlarına diqqəti yönəldib.
Öz növbəsində, Maroto bəyan edib ki, Azərbaycan İspaniya üçün böyük maraq kəsb edir, xüsusilə iqtisadiyyat, ticarət və turizm sahəsində əməkdaşlıqda maraqlı olduqları bildirilib.
Bayramov ÜTT-nin baş katibi ilə görüş zamanı Azərbaycanın turizm sahəsinin inkişafına böyük əhəmiyyət verdiyini və bu xüsusda beynəlxalq təşkilat ilə əməkdaşlıq əlaqələrinin önəmli olduğunu bildirib.
Pololikaşvili Azərbaycanda, habelə regionda turizmin inkişafı potensialının yüksək olduğunu və Bakı ilə birgə layihələrin həyata keçirilməsinə və tədbirlərin təşkilinə hazır olduqlarını bildirib.**
İnformasiya şöbəsi
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət