Hazırda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistana hərbi kontingent göndərməyi planlaşdırmır. Bu barədə KTMT-nin Birləşmiş Gərargahının rəisi Anatoli Sidorov jurnalistlərə məlumat verib.
“Gəlin irəli getməyək, yalnız demək istəyirəm ki, sentyabrın 13-də dövlət başçılarımız Ermənistan və Azərbaycan arasında mövcud olan bu problemin siyasi-diplomatik üsullarla həll olunması lazım olduğunu yekdilliklə bildiriblər. Yəni, hərbi qüvvənin tətbiqi və hətta KTMT-nin cəlb edilməsi haqqında nə sentyabrın 13-də, nə dünən, nə bu gün, nə də yaxın gələcəkdə söhbət getmir”, - Sidorov “İnterfaks”ın sualına cavabında bildirib.
O qeyd edib ki, KTMT tərəfindən bu və ya digər tədbirlər barəqə qərar təşkilat tərəfindən Ermənistana göndərilən missiyanın işinin nəticələrinə dair qəbul olunacaq.
“Missiya yanaşmanı inkişaf etdirmək, yerindəcə həll etmək, vəziyyəti bir daha təhlil etmək üçün təyin olunur. Gizli deyil, Ermənistan Respublikasının rəhbərliyi, digər maraqlı vəzifəli şəxslərlə müzakirə etmək məqsədilə. Bütün bu işi, vəziyyəti öyrənmək, səbəbləri başa düşmək, missiyanın işinin nəticələrinə görə Kollektiv Təhlükəsizlik Şurasına təklif edilməsi zəruri olan yolları öyrənmək ki, dövlət başçıları tərəfindən qərar qəbul edilsin”, - Sidorov bəyan edib.
O qeyd edib ki, gələcək qərar KTMT-nin Kollektiv Təhlükəsizlik Şurası tərəfindən qəbul olunacaq.
“Onlar missiyanın işinin nəticələrinə nəzər salıb deyəcəklər: Bəli, sülhməramlıları göndərək, ərzaq və ya başqa vasitə ilə kömək edək, bəlkə də deyəcəklər ki, afərin, özləri qarşıya qoyulan vəzifənin öhdəsindən gəldilər və hər çeyi həll etdilər”, - Qərargah rəisi bildirib.
“Mən yalnız onu deyə bilərəm ki, həlli tələb edilən bir məsələ yaranır, bu, sərhədin demarkasiyası ilə bağlı olan məsələdir”, - Sidorov vurğulayıb. **
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət