Azərbaycan hökuməti 2023-2026-cı illərdə aparıcı beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığı genişləndirməyi, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələrə kreditlər cəlb etməyi planlaşdırır.
“İnterfaks-Azərbaycan” agentliyi Maliyyə Nazirliyinin saytında dərc olunmuş 2023-cü ilin büdcə materiallarına istinadən xəbər verir ki, beynəlxalq maliyyə qurumlarından texnoloji komponentli kreditlər Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələrə cəlb ediləcək.
Bununla yanaşı, ayrılacaq kreditlərdən özəl sektorun bəhrələnməsi nəzərdə saxlanılacaq.
2023-2026-cı illər ərzində xarici borc üzrə əsas borc ödənişlərinin bir qisminin yeni cəlb ediləcək borc vəsaitləri hesabına yenidən maliyyələşdirilməsi və sərbəstləşən vəsaitin prioritet hesab olunan digər büdcə xərclərinin maliyyələşdirilməsinə yönəldilməsi planlaşdırılır. Bununla belə, qeyd olunan dövr ərzində borclanmalar həyata keçirilərkən dövlət borcunun dayanıqlılığının təmin edilməsi, dövlətin digər mənbələrdən təmin oluna bilməyən maliyyə ehtiyaclarının ən az xərclə və aşağı risklərlə qarşılanması və dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi kimi strateji məqsədlər gözləniləcək.
“Borclanma Strategiyasına uyğun olaraq tələb olunan maliyyələşmələrin daha çox daxili borcalmalar hesabına təmin edilməsi yolu ilə 2026-cı ilin sonuna ümumi dövlət borcunun ÜDM-yə nisbətinin 20 faizdən yuxarı olmaması, həmçinin ümumi dövlət borcunun tərkibində xarici valyutada ifadə edilmiş borcun payının azaldılması kimi məsələlər hədəf olaraq qarşımızda duracaq”, - deyə nazirlikdən bildirilib.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət