Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan-Azərbaycan və Qırğızıstan-Tacikistan sərhədlərində gərginliyi sülh yolu ilə həll etməyə çalışır. Bunu jurnalistlərə açıqlamasında təşkilatın Ermənistandakı monitorinq qrupunun rəhbəri, general-polkovnik Anatoli Sidorov bildirib.
Onun sözlərinə görə, Ermənistan-Azərbaycan sərhədində KTMT üçün xoşagəlməz vəziyyət yaranıb.
“Bizim nizamnamədə, sənədlərdə, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsində siyasi-diplomatik metodlar prioritet olaraq götürülüb. Buna görə də biz heç də ”qılıncı qınından çıxarmırıq”, məsələni sülh yolu ilə həll etməyə çalışırıq. Düşünürəm ki, bu istiqamətdə işin həm burada, həm də Mərkəzi Asiya regionunda böyük perspektivləri var”, - deyə Sidorov vurğulayıb.
“Bu günün əsas tapşırığı o idi ki, toqquşmaların baş verdiyi ərazidə, yerlərdə - atəşə məruz qalmış ərazilər, yaşayış məntəqələri, erməni tərəfinin bölmələrinin mövqelərində olaq”, - deyə o qeyd edib.
Monitorinq qrupunun rəhbəri vurğulayıb ki, missiya iştirakçıları maksimum dərəcədə obyektiv olmağa çalışır. “Buna görə də faktlarla işləyəcəyik, hansısa nəticədən danışmaq hələ tezdir”, - deyə general əlavə edib.*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət