Britaniyanın “Anglo Asian Mining PLC” şirkəti (ААМ – Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator) Zəngilan rayonu ərazisində yerləşən “Vejnəli” qızıl yatağında intensiv kəşfiyyat işlərinə başlayıb. Bunu “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində şirkətin maliyyə direktoru İlham Xəlilov deyib.
“Zəngilan rayonu erməni işğalından azad edildikdən sonra (2020-ci ilin payızında - İF) biz “Vejnəli” yatağında kəşfiyyat işlərinə başladıq. Artıq düşərgə qurulub. Biz Azərbaycan hökumətinə dördillik kəşfiyyat proqramını təqdim etmişik”, - deyə Xəlilov bildirib.
Onun sözlərinə görə, intensiv kəşfiyyat işləri ərazinin minalardan təmizlənməsi ilə paralel aparılacaq. Bununla əlaqədar şirkətin yataq ərazisinin böyük bir hissəsinə çıxış imkanı hələ yoxdur.
Maliyyə direktoru, həmçinin qeyd edib ki, şirkətin Qarabağdakı “Qızılbulaq” və “Dəmirli” yataqlarına da dair müqavilələri var, lakin bu ərazilərdə müvəqqəti olaraq Rusiya sülhməramlılarının olması səbəbindən həmin yataqlara çıxış məhdudlaşdırılıb.
İ.Xəlilov əlavə edib ki, 2023-cü ildə Gədəbəy rayonunda “Zəfər” faydalı qazıntı yatağının istismara verilməsi planlaşdırılır.
“Vejnəli” müqavilə sahəsi Əmirbəyli kəndi və Ağbənd qəsəbəsi yaxınlığında yerləşir. Müqavilə sahəsi təxminən 300 kvadrat kilometr ərazini əhatə edir. Sovet təsnifatına görə, yatağın 6,5 ton qızıl (C1 + C2), 2,3 ton qızıl (P1) və 3 min ton mis ehtiyatı var.
Azərbaycan hökuməti və “Anglo Asian Mining PLC” şirkəti arasında 1997-ci il avqust ayının 21-də imzalanmış Production Sharing Agreement (PSA) tipli müqavilə 6 yatağın işlənməsini nəzərdə tuturdu. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir.
2021-ci ilin sentyabr ayında imzalanmış yeni müqaviləyə əsasən, 3 yeni müqavilə bloku “Anglo Asian Mining”in sərəncamına verilib və şirkət bir yatağı işləmək hüququndan imtina edib. Bununla da hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsini işləmək hüququna malikdir.
“Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb. Şirkət 2013-cü ilin sentyabr ayında “Qoşa” müqavilə sahəsinin işlənməsinə başlayıb.
Hazırda “Anglo Asian Mining” “Gədəbəy” və “Qoşa” müqavilə sahələrindən qiymətli metal hasil edir.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət