“Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) uzunmüddətli emitentin defolt reytinqini “B” səviyyəsindən “BB-” səviyyəsinə qədər yüksəldib.
Dayanıqlılıq reytinqi “b” səviyyəsindən “bb-” səviyyəsinədək yüksəlib.
“Reytinqin iki pillə yüksəlməsi bankın qısa açıq valyuta mövqeyi ilə bağlı problemi həll etməsi ilə əlaqədardır”, - deyə agentliyin məlumatında bildirilir.
Uzunmüddətli reytinq proqnozu Stabil olaraq müəyyənləşdirilib.
“Fitch” qeyd edir ki, iyul ayında bank 2022-ci ilin birinci rübünün sonuna $470 milyon və ya tənzimləyici kapitalın 60%-ni təşkil edən qısa açıq valyuta mövqeyini bağlayıb. Agentlik valyuta risklərinin aradan qaldırılmasını əvvəllər bankın kredit qabiliyyətinə təsir göstərən problemlərin həllində son addım hesab edir.
Agentliyin qiymətləndirmələrinə görə, ABB-nin kredit portfeli yaxşı keyfiyyətə malikdir: dəyərsizləşmiş kreditlərin xüsusi çəkisi ikinci rübün sonuna cəmi 4.1% təşkil edib. Korporativ kredit portfelinin 28%-i tikinti və daşınmaz əmlakın payına düşür.
“Fitch”, həmçinin bankın gəlirlilik səviyyəsinin yaxşı olduğunu qeyd edir. Agentliyin qiymətləndirmələrinə görə, bankın kapital gəlirliliyi yüksək marja və kreditləşmənin yüksək artım tempi (2022-ci ildə ən azı 25% və 2023-cü ildə təxminən 15%) hesabına 2022-2023-cü illərdə 15%-ə qədər təşkil edəcək.
Bank əsasən müştərilərin vəsaitləri hesabına maliyyələşir (2022-ci ilin II rübünün sonuna öhdəliklərin 87%-i). Azərbaycanın bank sistemində bütün kreditlərin 19%-i və depozitlərin 28%-i ABB-nin payına düşür.
ABB 1992-ci ildə yaradılıb və ölkənin ən iri bankıdır. Bankın səhmdarları 1763 hüquqi və fiziki şəxsdir: səhmlərin 96,37%-i dövlətə məxsusdur.
ABB-nin kapitalında Maliyyə Nazirliyinin payı 92,56%, Əmlak Məsələləri Dövlət Xidmətinin payı 3,81% təşkil edir. Bundan başqa, bankın kapitalında 3,06% fiziki şəxslərə (minoritar səhmdarlara), 0,23% “Aqrarkredit” QSC-yə, 0,34% digər hüquqi şəxslərə məxsusdur.*
A.Əzizov
DİN: Təslim olmuş erməni hərbçilərin Qarabağdan çıxışı təmin olunacaq
KİV: Ərdoğan sabah Naxçıvana səfər edəcək
Kəlbəcərdə qanunsuz fəaliyyət göstərən “Base Metals” şirkətinin ərazisində silah-sursat aşkar edilib
8 ay ərzində Azərbaycana gələn əcnəbilərin sayı 33,8% artıb
Azərbaycanda “TikTok”un fəaliyyəti məhdudlaşdırılıb
GDU 5 saylı korpusun əsaslı təmirinə daha 2,1 milyon manat yönəldəcək
Paşinyan Ermənistanın təhlükəsizlik strategiyasının dəyişdirilməsini vacib hesab edir
Paşinyan: “Ermənistan müstəqil ölkə və itaətkar quberniya olmaq arasında seçim qarşısındadır”
Paşinyan Ermənistanın müttəfiqlərini ölkənin zəifliyini sübut etmək səylərinə görə qınayıb
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Press-reliz: SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib
Dekabrda Bakıda ilk dəfə İstehsal Texnologiyaları Sərgisi keçiriləcək
Zəngilanda və Bakıda II Şəhərsalma Forumu keçiriləcək
Sentyabrın 26-da Bakıda TDT-nin Kənd Təsərrüfatı Nazirlərinin 2-ci Toplantısı keçiriləcək
“Ermənisayağı aclıq oyunları”nın siyasi prokatda iflası
Yaşıl Kart Sistemi çərçivəsində 2021-2022-ci illər üzrə müqaisə və nəticələr