Milli Məclis Fransa Senatının anti-Azərbaycan qətnaməsinə cavab olaraq çərşənbə günü bəyanat qəbul edib. Bəyanatda parlament Azərbaycan hökumətini Paris ilə münasibətlərdə bir sıra tədbirlər həyata keçirməyə çağırıb.
Xüsusilə, qəbul edilmiş bəyanatda deyilir ki, Fransa hökuməti tərəfindən birtərəflik təminatı verilməyən qədər, Paris Azərbaycan və Ermənistan arasında normallaşma prosesi ilə əlaqədar təşəbbüs və fəaliyyətlərdə iştirakına cəlb edilməsinə imkan verilməməsi, bu məsələlərlə bağlı Fransa rəsmiləri ilə hər hansı müzakirə aparılmasın.
Bundan əlavə, Fransa rəsmilərinin Azərbaycanda hər hansı aktivləri aşkar edildiyi təqdirdə, onların dondurullması; Fransa şirkətlərinin Azərbaycan dövlətinin sifarişləri həyata keçirilən hər hansı layihədə iştirakına yol verilməməsi təklif olunur.
Bəyanatda Azərbaycan hökumətinə ünvanlanan Fransa şirkətlərinin enerji sektorunda Azərbaycan tərəfi ilə əməkdaşlığına yenidən baxılması, Azərbaycanla Fransa arasında mövcud olan siyasi, iqtisadi münasibətlərə yenidən baxılması, Qoşulmama Hərəkatının sədri kimi Fransanın müstəmləkəçilik siyasi, insanlıq əleyhinə cinayətlərin və hərbi cinayətlərin beynəlxalq təşkilat çərçivəsində qaldırılması, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Fransanın islamafobiya siyasətinin məsələsinin gündəliyə çıxarılması, Türk dövlətləri təşkilatları çərçivəsində Fransanın türkəfobiya siyasətinin gündəliyə çıxarılması ilə bağlı çağırışı yer alıb.
Azərbaycan parlamentinin 95 deputatı bəyanatın “lehinə”, bir nəfər isə “əleyhinə” səs verib.
Xəbər verildiyi kimi, noyabrın 15-də Fransa Senatı Ermənistan-Azərbaycan münasibətlərinə dair anti-Azərbaycan qətnaməsi qəbul edib.
Daha əvvəl Azərbaycan Xarici Nazirliyi Fransa Senatında qəbul edilmiş qətnaməni rədd edib. Bakıda qeyd ediblər ki, bu sənəd yalan və iftira dolu müddəaları əks etdirir və açıq təxribat xarakteri daşımaqla Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması prosesinə xələl gətirilməsinə xidmət edir.
XİN-dən vurğulanıb ki, hər hansı hüquqi qüvvəyə malik olmayan bu qətnamə, “sülh prosesinə öz töhfəsini vermək niyyətini bəyan etmiş ölkə kimi Fransanın növbəti dəfə qərəzli və birtərəfli siyasi mövqeyini bariz şəkildə nümayiş etdirir”. **
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət