Azərbaycan Ordusu Cənubi Qafqazda ən güclü ordudur və “Global Firepower” portalının hazırladığı 2023-cü il üçün dünya ordularının reytinqinə əsasən Rusiya və Ukrayna ilə birlikdə postsovet məkanında ən güclü orduların üçlüyünə daxildir.
Azərbaycan reytinqdə 57-ci, Gürcüstan 85-ci, Ermənistan 94-cü pillədə qərarlaşıb.
Azərbaycan tank, reaktiv yaylım atəş sistemi və özüyeriyən artilleriya qurğularının sayına görə dünya ölkələri arasında 30-cu yerdədir. “Global Firepower”in qiymətləndirmələrinə görə, Bakının 920 tankı (25-ci yer), 323 reaktiv yaylım atəş sistemi (18-ci yer) və 167 özüyeriyən artilleriya qurğusu (28-ci yer) var.
“Global Firepower”in versiyasına görə, planetin ən güclü ordularının ilk onluğuna ABŞ, Rusiya, Çin, Hindistan, Böyük Britaniya, Cənubi Koreya, Pakistan, Yaponiya, Fransa və İtaliya daxildir.
Türkiyə 11-ci, İran 17-ci yerdədir.
Ukrayna 15-ci, Belarus 60-cı, Özbəkistan 62-ci, Qazaxıstan 63-cü, Türkmənistan 82-ci, Litva 93-cü, Latviya 95-ci, Estoniya 104-cü, Qırğızıstan 107-ci, Tacikistan 120-ci, Moldova 143-cü pillədə qərarlaşıb.*
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət