AzərbaycanınNATO yanında Nümayəndəliyi İrəvanı ekoloji aksiyanın davam etdiyi Laçın yolu ətrafındakı vəziyyət barədə yalan narrativlər irəli sürməkdə ittiham edərək Ermənistanın hərəkətlərini qanunsuz fəaliyyət üçün istifadə imkanının olmaması səbəbindən çarəsizliklə izah ediblər.
"Ermənistan yerlərdə reallığı təhrif etmək üçün bir çox saxta narrativləri irəli sürür... Ermənistanın niyə bu qədər çaeəsiz olduğu başa düşülğndir, axı Laçın yolu artıq onun qanunsuz fəaliyyəti, Azərbaycanın təbii ehtiyatlarını talan etmək, silah və şəxsi heyətin köçürülməsi üçün əlçatan deyil, necə ki, üçtərəfli bəyanatın (10 noyabr 2020-ci il tarixli - İF) ruhuna və hərfinə uyğun olmalıdır”, - Nümayəndəliyin Twitter hesabında dərc olunan bəyanatında deyilir.
“İnterfaks-Azərbaycan” qeyd edir ki, AzərbaycanınNATO yanında Nümayəndəliyindən vurğulanıb ki, “Laçın yolu Azərbaycanın suveren ərazisidir, ölkəmiz yalnız humanitar məqsədlər üçün üçtərəfli bəyanatın altıncı bəndinə uyğun olaraq bu yoldan istifadə edilməsinə razılıq verib və hətta iki ildən az müddətdə yeni yolu istifadəyə verib”.
"Azərbaycan öz üzərinə götürdüyü bütün öhdəlikləri vicdanla yerinə yetirib, Ermənistan isə ilk gündən Laçın yolundan qanunsuz fəaliyyət üçün istifadə edir. O cümlədən, Ermənistan regionda bütün nəqliyyat kommunikasiyalarını açmayıb ki, bu da üçtərəfli bəyanatın doqquzuncu bəndinin kobud şəkildə pozulmasıdır", - Nümayəndəlikdən qeyd olunur.
"Ermənistan Laçın yolundan silah və şəxsi heyətin qanunsuz köçürülməsi üçün istifadə edib. Ermənistan əvvəlcə öz silahlı qüvvələrinin Azərbaycan ərazisində qanunsuz mövcudluğunu təkzib etsə də, sonradan etiraf etməyə məcbur olub, bu da üçtərəfli bəyanatın dördüncü bəndini pozur", - Nümayəndəlikdən bildirilib.
Bakıda qeyd olunub ki, son dörd ay ərzində Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda azad edilmiş ərazilərdə erməni istehsalı olan 2 min 700 mina aşkar edib. «Minalar 2021-ci ildə istehsal edilib və Ermənistan tərəfindən yeganə əlçatan marşrut olan Laçın dəhlizi vasitəsilə gətirilib», - Nümayəndəlikdən qeyd olunub. Əlavə edilib ki, Azərbaycan 2021-ci ilin noyabrından etibarən Ermənistanın qanunsuz iqtisadi fəaliyyəti məsələsini qaldırıb, lakin İrəvan bu çağırışa məhəl qoymayıb.
Bakıda qeyd ediblər ki, Laçın yolu üçtərəfli bəyanata uyğun olaraq humanitar məqsədlər üçün tamamilə açıqdır. "Ermənistanın (Azərbaycanın ünvanına - IF) "blokada" (yollar - İF) ittihamları əsassızdır və yüzlərlə əlçatan videolar bunu asanlıqla təkzib edə bilər. BQXK avtomobilləri yoldan sərbəst şəkildə keçir ", - deyə Nümayəndəlikdən əlavə ediblər ki, “Ermənistan və idarə etdiyi bəzi şəxslər mülki şəxslərin Laçın yolundan "blokada" barədə yalan narrativ yaratmaq üçün istifadə etmələrinə qəsdən imkan vermirlər" **
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət