Azərbaycan prezidenti İlham Əliyev “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”nı təsdiq edib.
Dövlət başçısının saytında dərc olunan qaydaya əsasən, dövlət zəmanəti ilə təmin edilən kreditlər aşağıdakı tələblərə cavab verməlidir: bir sahibkarlıq subyektinin bütün müvəkkil kredit təşkilatları üzrə dövlət zəmanəti verilən cəmi kreditlərinin məbləği 5 milyon manatdan çox olmamalı; kreditin illik faiz dərəcəsi 15%-dən çox olmamalı; kreditin müddəti 7 ildən çox olmamalı; kredit üzrə güzəşt müddəti kreditin müddətinin yarısından çox olmayaraq, 36 ayadək olmalı; bir kredit üzrə verilən dövlət zəmanətinin kreditə nisbəti 90%-dən çox olmamalıdır.
Faiz subsidiyası kreditin illik faiz dərəcəsinin 10 faiz bəndi həcmində və 36 aydan çox olmayan müddətə verilir. Kreditin illik faiz dərəcəsi 10%-dən aşağı olarsa, faiz subsidiyası kreditin illik faiz dərəcəsi həcmində verilir.
Ümumiyyətlə, sazişə əsasən, sahibkarlara ayrılan ümumi 500 milyon manat məbləğində bu cür kreditlərə 450 milyon manat məbləğində dövlət zəmanəti təmin ediləcək. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət