Azərbaycan və Qazaxıstanın aparıcı telekommunikasiya şirkətləri “AzerTelecom” və “Kazakhtelecom” arasında Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi layihəsi çərçivəsində “Əməkdaşlıq şərtləri haqqında Saziş” imzalanıb. Bu saziş strateji tərəfdaşlığın əsas sənədidir və iki şirkət arasında daha öncə imzalanmış memorandum çərçivəsində əməkdaşlığın başlıca şərtlərini müəyyən edir.
Azərbaycan-Qazaxıstan marşrutu üzrə Xəzər dənizinin dibi ilə Transxəzər Fiber-Optik Rabitə Xətti layihəsi Avropa ilə Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizinin yaradılmasını nəzərdə tutan irimiqyaslı “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsinin bir hissəsidir.
“Bu layihənin həyata keçirilməsi həm Qazaxıstan, həm də Azərbaycan üçün çox vacibdir. Bu, Qazaxıstan və Asiya ölkələri üçün şəbəkənin bağlantısını və etibarlılığını artıran yeni alternativ marşrut, Azərbaycan üçün isə regional rəqəmsal mərkəzə çevrilmək deməkdir. Tarixən mövcud olan İpək Yolu rəqəmsal formada dirçəlir və bu marşrut yüzlərlə terabit məlumatın buraxılışını təmin edəcək. Bu, bütün marşrut boyunca məlumatların saxlanılması və emalı infrastrukturunun inkişafını sürətləndirəcək. Asiya və Avropa arasında informasiya axınının Azərbaycan və Qazaxıstan üzərindən keçməsi regionda rəqəmsal biznesin inkişafı üçün yeni imkanlar yaradacaq”, - deyə “AzerTelecom” şirkətinin əməliyyat üzrə Baş direktoru Sergey Nazarenko bildirib.
Telekommunikasiya operatorları əmindirlər ki, layihə yeni rəqəmsal telekommunikasiya dəhlizinin yaradılmasının sürətləndirilməsinə təkan verəcək, məlumatların sürətli və təhlükəsiz ötürülməsi infrastrukturunun daha yüksək inkişaf səviyyəsinə çatmağına, eləcə də ticarət və digər əlaqələrin möhkəmlənməsinə kömək edəcək.
“Fiber-optik rabitə xətlərinin çəkilməsi layihəsi Qazaxıstan üçün çox vacibdir. Onun həyata keçirilməsi ilə biz beynəlxalq trafikə əlavə çıxış və yeni kanal əldə edəcəyik ki, bu da Asiya ölkələrindən Qazaxıstan ərazisindən keçən qlobal tranzit axınını sualtı kabel vasitəsilə Azərbaycana, daha sonra Gürcüstan, Qara dəniz və Bolqarıstandan Avropaya təmin etməyə imkan verəcək. Bundan başqa, paralel olaraq, bu layihə çərçivəsində biz hipermagistral və ya yeni Data Mərkəzlərinin tikintisi kimi digər iri infrastruktur layihələrini yarada biləcəyik. Belə layihələrin inkişafı nəticəsində Qazaxıstan iri beynəlxalq oyunçular üçün maraqlı və perspektivli olacaq”, - deyə “Kazaktelecom” SC-nin Korporativ Biznes Bölməsinin Baş direktoru Almat Karamanov bildirib.
Operatorlar Qafqaz və Mərkəzi Asiyada ən iri layihə olan Azərbaycan-Qazaxıstan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin tikintisi üzrə işləri növbəti ilin sonuna kimi reallaşdırmaq niyyətindədirlər. Artıq yüksək səviyyəli dizayn layihəsi işlənib hazırlanıb, detallı yol xəritəsi təsdiq edilib, tədqiqat işlərinin bitməsindən sonra Xəzərin dibi ilə birbaşa “optik xəttin” tikintisi aparılacaq. Sualtı xəttin əsas marşrutu Aktaudan Siyəzənə qədər uzanacaq və uzunluğu 340 kilometrdən çox olacaq, uzunluğu 330 km olan ehtiyat kanal isə Qazaxıstanın Kurık limanından Bakının yaxınlığında yerləşən Buzovnaya qədər çəkiləcək.
“NEQSOL Holding”in tərkibinə daxil olan “AzerTelecom” Azərbaycanın aparıcı rabitə operatorudur və ölkənin beynəlxalq internet şəbəkəsinə qoşulmasını təmin edir.
“Kazakhtelecom” Qazaxıstanın ən böyük telekommunikasiya şirkətidir və milli rabitə operatoru statusuna malikdir.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət