Azərbaycan prezidenti İlham Əliyev “Siyasi partiyalar haqqında” Qanunu təsdiq edib.
Sənəd çərşənbə günü dövlət başçısının saytında dərc olunub.
Qanun 6 fəsil və 30 maddədən ibarətdir. Sənəd siyasi partiyanın təsis edilməsi, dövlət qeydiyyatı, fəaliyyətinin yoxlanılması, dayandırılması və bərpası, ləğvi qaydasını, həmçinin siyasi partiyanın fəaliyyətinin təşkili, üzvlük və maddi təminat məsələlərini müəyyən edir.
Qanuna əsasən, siyasi partiya Azərbaycan Respublikasının tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaşı (təsisçilər) tərəfindən təsis edilməlidir. Siyasi partiyanın təsis edilməsi məqsədilə təsisçilər təsis yığıncağını keçirirlər.
Dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 5 min üzvü olmalıdır. Dövlət qeydiyyatına alınarkən siyasi partiyada üzv sayının 4,5 mindən aşağı olması halında həmin siyasi partiyanın dövlət qeydiyyatının ləğvi barədə məhkəmədə iddia qaldırılır.
Siyasi partiya fəaliyyətini müvəqqəti dayandıra bilər. Bu barədə qərar (fəaliyyətin dayandırıldığı müddət dəqiq göstərilməklə) siyasi partiyanın qurultayı tərəfindən qəbul olunur.
Qanuna əsasən, şəxs yalnız bir siyasi partiyanın üzvü ola bilər.Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər siyasi partiyanın üzvü ola bilməzlər. Bundan başqa, qanunla hakim, hüquq-mühafizə orqanlarında və digər dövlət orqanlarında xüsusi rütbələri olan, dövlət qulluğunda yüksək vəzifələr tutan, Mərkəzi Bankın idarə heyətinə daxil olan, Hesablama Palatasının üzvü olan şəxslər və digərləri tərəfindən partiyalara üzv olmaq istəyənlər üçün müəyyən məhdudiyyətlər nəzərdə tutulub.
O cümlədən, qanun siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi qaydasını, həmçinin onlara dövlət yardımının gstərilməsini müəyyən edir. **
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət