Moskva hələ də Ermənistan-Azərbaycan sərhədinə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyasını göndərməyə hazırdır. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Bizim KTMT missiyasının Ermənistan-Azərbaycan sərhədinə göndərməklə bağlı hazırlığımız qalır. Baxmayaraq ki, biz Ermənistanla müttəfiqik, KTMT missiyası tam hazırdır, amma Ermənistan tərəfi sərhəddə uzunmüddətli əsasda mülki müşahidəçi missiyasının yerləşdirilməsi ilə bağlı Avropa İttifaqı ilə razılaşmağa üstünlük verir. Bu, əlbəttə ki, Ermənistanın hüququdur. Lakin unutmaq lazım deyil ki, söhbət Azərbaycanla sərhəddən gedir. Yəqin ki, bu missiya Azərbaycanın razılığı olmadan sərhəddə yerləşdiriləcəksə, qeyri-məhsuldar olacaq. Bu missiya sərhəddə etimadı möhkəmləndirmək əvəzinə əlavə gərginliklər yarada bilər”, - deyə o, bu gün Moskvada keçirdiyi mətbuat konfransında bildirib.
Lavrov etiraf edib ki, KTMT çərçivəsində Ermənistandakı mövcud vəziyyətlə bağlı çətinliklər var. “Erməni dostlarımız Azərbaycanla sərhəddə sabitliyin təmin edilməsi üçün KTMT missiyasının göndərilməsinin zəruriliyini irəli sürürdü və biz İrəvanda keçirilən sammitdə bu missiyanın parametrləri ilə bağlı sənəd razılaşdırdıq, lakin onu qəbul etmək mümkün olmadı. Çünki erməni həmkarlarımız israr etdilər ki, həmin sənəddə Azərbaycan tərəfi sərt qınansın. Əgər söhbət müzakirədən, ritorikadan, mövqe bildirməkdən gedirsə, o zaman hər kəs istədiyini edə bilər. Lakin əgər biz KTMT missiyasını göndərmək istəyiriksə, görünür, bu, hansısa bəyanatlarla şərtlənməyib”, - deyə Rusiya XİN başçısı vurğulayıb.*
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət