Azərbayanın xarici işlər nazirinin müavini Xələf Xələfov xümə axşamı bəyan edib ki, Bakı Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və inkişafın təminatı üzrə səylərini davam etdirmək əzmindədir.
"Təəssüf ki, Ermənistan hələ də hərbi-siyasi təxribatlarını davam etdirərək regionda sabitliyin təmin edilməsinə mane olur. Bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan regionda davamlı sülhün, təhlükəsizliyin və inkişafın təmin edilməsi istiqamətində səyləri davam etdirmək əzmindədir. Biz Azərbaycanın sülh gündəminin qələbəsinə inanırıq", - Xələfov jurnalistlərə bildirib.
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycanın Qarabağ regionunda Laçın-Xankəndi yolunda (Laçın yolu) faydalı qazıntı yataqlarının, xüsusilə, Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarın qarşı ekoloji aksiya barədə söz açan Xələfov bildirib ki, bu məsələdə “Bakı Qərb dövlətlərinin və bir sıra beynəlxalq təşkilatların ikili standartlar siyasəti ilə üzləşir”.
"Təəssüf hissi ilə qeyd etmək istərdim ki, bu gün, 1990-cı illərdə olduğu kimi, biz Qərb dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana qarşı ikili standartları müşahidə edirik. Bu aksiya Azərbaycan ərazisində keçirilir. Ikili standartlara baxmayaraq, Azərbaycan xalqı öz hüquqlarını müdafiə edəcək və istəyinə nail olacaq. Azərbaycan öz ərazilərinin təhlükəsizlik qarantı kimi suveren hüquqlarımıza uyğun olaraq Laçın-Xankəndi yolunda tam nəzarəti təmin etmək hüququna malikdir ", - Xələfov bildirib. **
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət