Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian «Şimal-Cənub» nəqliyyat dəhlizi daxil olmaqla ikitərəfli əməkdaşlığın gələcəkdə genişləndirilməsi yollarını müzakirə ediblər.
“İnterfaks-Azərbaycan” İran XİN-ə istinadən məlumat verir ki, nazirlər arasında görüş çərşənbə axşamı Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 26-cı iclası çərçivəsində baş tutub.
İran XİN başçısı bəyan edib ki, Cənubi Qafqazda hadisələrin inkişafı, Azərbaycan ərazilərinin erməni işğalından azad edilməsi və bununla bağlı atəşkəs «yeni bir fəsil açdı və regionda sabitlik və yaxınlaşma üçün yeni imkanlar yaratdı».
Əmir Abdullahian vurğulayıb ki, «region ölkələrinin ərazi bütövlüyünün qorunması İran üçün vacibdir və Tehran Azərbaycanın ərazi bütövlüyünü hər zaman qoruyub və qoruyacaq».
O, həmçinin İran ilə Azərbaycan arasında, xüsusilə ticarət-iqtisadi sahədə ikitərəfli əlaqələrin genişləndirilməsi üçün «böyük potensialın» mövcudluğunu qeyd edərək, yol xəritəsinin yaradılmasından sonra ikitərəfli ticarət əlaqələrinin fəallaşacağına ümid etdiyini bildirib.
İranlı nazirin fikrincə, Qafqazda sülh və sabitlik “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin və regionda ticarətin inkişafı üçün daha yaxşı imkanlar yaradacaq.
O əlavə edib ki, İran öz mühəndis-texniki imkanlarından istifadə edərək Azərbaycanın layihələrində, o cümlədən azad edilmiş ərazilərdə (Qarabağ və Şərqi Zəngəzurda - İF) iştirak etməkdə maraqlıdır və buna hazırdır.
Bayramov, öz növbəsində, iki ölkənin XİN-ləri arasında keçirilən görüşlərdə və siyasi məsləhətləşmələrdə xüsusi rolu olan Bakı və Tehran arasında dostluq münasibətlərinin vacibliyini vurğulayıb.
Onun fikrincə, Azərbaycan, Rusiya və İranın nəqliyyat sahəsində qarşılıqlı fəaliyyəti və daşımalar regional əməkdaşlığın genişləndirilməsi üçün yaxşı zəmin yaradacaq.
Nazirlər görüşləri 2023-cü ildə davam etdirmək barədə razılığa gəldilər. Onlar qeyd edib ki, yaxın gələcəkdə İran və Azərbaycanın yüksək vəzifəli diplomatları və Azərbaycan-İran Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədrlərinin qarşılıqlı səfərləri davam edəcək.
İran XİN-dən vurğulanır ki, o cümlədən, Bayramov və Abdullahian regionda vəziyyəti, həmçinin “bölgədə ölkələrin regional məsələlərini həll etmək və bu məsələlərə xarici oyunçuların müdaxiləsinin qarşısını almaq məqsədilə» «3+3» formatının imkanlarından istifadə məsələlərini müzakirə ediblər. **
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət