Prezident İlham Əliyev İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə sahibkarlara verilən kreditlərə hesablanmış faizlərin subsidiyalaşdırılması mexanizminin tətbiq müddətini 2028-ci ilədək uzadıb.
İ.Əliyev yanvarın 26-da “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” fərman imzalayıb. Sənəd dövlət başçısının saytında dərc olunub.
Bundan əvvəl bu mexanizm 2018-ci il yanvarın 1-dən 2022-ci il dekabrın 31-dək manatla verilmiş kreditlərə şamil edilirdi.
Fərmana əsasən, sözügedən mexanizm artıq 2024-cü il dekabrın 31-dək verilən kreditlərə də şamil olunur.
Bundan başqa, ilkin olaraq subsidiyalaşmanın 2019-2025-ci illəri əhatə edəcəyi nəzərdə tutulurdu. Yeni fərmanla subsidiyaların verilmə müddəti 2019-2027-ci illəri əhatə edəcək.
Kreditlərə hesablanmış faizlərə görə subsidiyanın illik məbləği Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.
Fond aşağıdakı vəzifələri yerinə yetirir: ipoteka, o cümlədən güzəştli ipoteka kreditləşməsinin həyata keçirilməsi; ipoteka kreditləri və sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlər üzrə təminatların verilməsi; “Elektron ipoteka” sisteminin tətbiq edilməsi.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət