Azərbaycan güclü Ordunun yaradılmasında maraqlıdır və bu istiqamətdə Türkiyə ilə fəal işlər aparılır. Bu barədə Azərbaycanın müdafiə naziri Zakir Həsənov bəyan edib.
“Azərbaycan prezidenti Ilham Əliyev dünyada silahlı toqquşmaların sayının artdığını qeyd edərkən haqlıdır. Bu səbəbdən Azərbaycan güclü Ordu yaratmaqda maraqlıdır və bu istiqamətdə böyük işlər görülür. Biz Türkiyə ordusunun döyüş fəaliyyəti ilə tanış oluruq, onu öyrənirik, onların NATO təcrübəsindən faydalanırıq. Bütün bunlar bizim xidmət-döyüş fəaliyyətimizə yaxşı dəstəkdir”, - Həsənov AzTV dövlət telekanalına müsahibəsində bildirib.
Son birgə döyüş təlimlərinə toxunan Həsənov (2 fevral 2023-cü ildə Türkiyənin Qars şəhərində başa çatıb - İF) bu cür hava şəraitində təlimlərin keçirilməsinin çox vacib olduğunu qeyd edib. "Ümumiyyətlə, istənilən təlim müəyyən məqsədlər daşıyır. Hər təlimdə dünyada son dövrlərdə baş verən münaqişələrin, müharibələrin təcrübəsi öyrənilir. Təbii ki, təlimlərdə müsbət təcrübə tətbiq olunur, o öyrənilir və təbii olaraq bundan sonra bu təcrübədən praktikada istifadə olunur", - nazir vurğulayıb.
Həsənov qeyd edib ki, Türkiyə ordusu dünyanın ən güclü ordularından və Azərbaycan Ordusu birgə təlimlərdə iştirak edərək bu təcrübəni öyrənir və onu öz döyüş hazırlığında tətbiq edir. «Hər bir ölkənin güclü ordusu olmalıdır ki, düşmənin başqasının ərazisinə iddiası olmasın», - Azərbaycanın müdafiə naziri əlavə edib. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət