Cümə axşamı Bakıda Azərbaycan Respublikası və Polşa Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
İclasda Hökumətlərarası Komissiyanın həmsədrləri Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov vurğulayıb ki, Azərbaycanda beynəlxalq yük daşımalarına imkan verən müasir nəqliyyat infrastrukturunun formalaşdırılıb.
Heydərov ikitərəfli Komissiya tərəfindən yaradılmış Nəqliyyat və logistika üzrə Polşa-Azərbaycan işçi qrupunun cari ilin mart ayında Bakıda keçiriləcək ikinci iclası çərçivəsində beynəlxalq yük daşımalarla bağlı iki ölkənin tranzit potensialından tam istifadə edilməsi və Transxəzər beynəlxalq nəqliyyat marşrutu ilə daşımaların təşviqi sahəsində birgə tədbirlərin davam etdiriləcəyinə əminliyini bildirib.
Nazir, həmçinin Polşa tərəfindən işğaldan azad olunmuş ərazilərdə hazırda sürətlə davam edən abadlıq və quruculuq işləri barədə məlumat verib, Polşa iş adamlarını, biznes dairələrini və sərmayəçilərini buraya investisiya yatırılmasına dəvət edib.
Bundan başqa, Ələt Azad İqtisadi Zonası barədə məlumat verən nazir Polşa biznes dairələri və xüsusilə sənaye sahəsini əhatə edən Polşa sərmayəçiləri üçün burada həyata keçirilən layihələrdə iştirakın maraqlı olacağına əminliyini ifadə edib.
Öz növbəsində, ökumətlərarası Komissiyanın həmsədri, Polşanın iqtisadi inkişaf və texnologiyalar nazirinin müavini, Dövlət katibi Qjeqoj Pexoviakqeyd edib ki, Azərbaycanla Polşa arasında müxtəlif istiqamətlər, o cümlədən logistika və nəqliyyat, energetika, tikinti, kənd təsərrüfatı və kənd təsərrüfatı məhsullarının emalı, agrotexnologiya, tibb və əczaçılıq, IT sənayesi və s. üzrə əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların mövcud olduğunu qeyd edib.
İclasın sonunda “Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 8-ci iclasının Protokolu” imzalanıb.
Həmçinin, iclas çərçivəsində “Ələt Azad İqtisadi Zonası (AFEZ) ilə Wałbrzych xüsusi iqtisadi zonası arasında Niyyət Razılaşması” imzalanıb. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət