Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanı destruktiv mövqeyindən çəkinərək, danışıqlar masasına geri qayıtmağa çağırıb.
“Ermənistan destruktiv mövqeyindən çəkinərək, danışıqlar masasına geri qayıtmalıdır. Sülh sazişi üzrə dekabr ayında keçirilməsi nəzərdə tutulan danışıqlarda Ermənistan iştirakdan imtina edərək və prosesə yaratdığı maneələrə baxmayaraq, Azərbaycan prosesə sadiq qalır”, - Bayramov çərşənbə günü Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa üzrə dövlət naziri Leo Dokerti ilə görüş zamnaı bildirib. Bu barədə XİN-dən məlumat verilir.
Məlumata əsasən, görüş zamanı tərəflər Ermənistan-Azərbaycan arasında normallaşma prosesinin, sülh sazişi üzrə danışıqların cari vəziyyəti, Laçın yolunda etirazların müxtəlif aspektləri üzrə müzakirə aparıblar.
Ermənistan-Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar barədə Dokerti məlumatlandıran Bayramov, həmçinin regionda blokada və humanitar vəziyyət ilə bağlı iddiaların heç bir əsasının olmadığını qeyd edib.
O cümlədən, Bayramov və Dokerti Azərbaycan və Böyük Britaniya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti, müxtəlif sahələr üzrə əməkdaşlığın gələcək inkişaf perspektivləri, habelə cari regional vəziyyət müzakirə ediblər.
“Bundan əlavə, neft, qaz, sərmayə qoyuluşu, ticarət, nəqliyyat, “yaşıl enerji”yə keçid istiqamətində əməkdaşlığın perspektivləri, təhsil və humanitar sahələr ətrafında fikir mübadiləsi aparılıb”, - XİN-dən bildirilir.
Nazir Böyük Britaniyanın şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyətindən məmnunluq ifadə edib. Eyni zamanda, Birləşmiş Krallığın Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda ərazilərin minalardan təmizlənməsinə verdiyi töhfəni, bu ərazilərin yenidən qurulması və bərpası işlərində onların yaxından iştirak niyyətləri təqdir edib. “Ölkələrimiz arasında təhsil sahəsində uğurlu əməkdaşlığın daha da inkişafının vacib olduğu bildirilib”, - məlumatda deyilir.
Dokerti öz növbəsində ölkəsinin Azərbaycan ilə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu və bölgədə sülhə mane olan çətinliklərin aradan qaldırılmasının vacib olduğunu, bu istiqamətdə Birləşmiş Krallığın dəstək göstərməyə hazır olduğunu bildirib. **
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət