Mobil operator “Nar” 2022-ci ildə müxtəlif əhəmiyyətli sosial layihələrə ayırdığı vəsaitin məbləğini açıqlayıb. Ötən il ərzində mobil operator fiziki məhdudiyyətli insanların dəstəklənməsi, elm və təhsil, eləcə də milli-mənəvi irs və vətənpərvərlik istiqamətində müxtəlif layihələrə 5 milyon AZN-dən çox vəsait yatırıb.
“Nar” olaraq 2022-ci ildə 20-dən çox sosial layihə gerçəkləşdirdik. Bu layihələr birbaşa minlərlə insanın həyatına müsbət dəyişiklik gətirib. Bundan başqa, beynəlxalq səviyyədə qəbul edilmiş dayanıqlı inkişaf məqsədlərinə töhfə vermək üçün BMT-nin Qlobal sazişinə qoşulan ilk mobil operator olduq ki, bu da bizə sosial təşəbbüslərdə beynəlxalq təcrübədən yararlanmağa imkan verir. Cari ildə də önəmli sosial layihələrə dəstəyimizi davam etdirmək niyyətindəyik”, – deyə “Nar”ın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov bildirib.
Ötən il həyata keçirilən layihələrdən “Təlim Məktəbi” və “Jestdili.az” ı xüsusi vurğulamaq lazımdır. “Təlim Məktəbi” layihəsində nitq və eşitmə məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası və maddi sərbəstliyi üçün müxtəlif peşə təlimləri tədris olunur. Bundan başqa, “Jestdili.az” eşitmə və nitq məhdudiyyətli şəxslərin daha rahat ünsiyyətinə dəstək məqsədilə yaradılmış onlayn lüğətdir. İstifadəçilərin harada olmasından asılı olmayaraq daim faydalanma imkanı verən bu lüğətdə video, foto və təsviri mətn formasında 5 mindən çox söz toplanıb.
Həyata keçirilən layihələr ölkədə və beynəlxalq səviyyədə də yüksək qiymətləndirilib. Belə ki, “Jestdili.az” layihəsi “NETTY 2022” milli internet mükafatını qazanmış, öncəki illərdə isə “Təlim Məktəbi” layihəsi “Eventiada IPRA Golden World Awards” (Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiasiyası Qızıl Dünya Mükafatı) müsabiqəsində “Ən yaxşı sosial layihə” nominasiyasında qalib olub.“Nar”ın həyata keçirdiyi digər sosial layihələri ilə bağlı ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət