Bakıda çərşənbə günü Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın 3-cü iclası keçirilib. Bu barədə İqtisadiyyat Nazirliyi məlumat verir.
İclasda çıxış edən iqtisadiyyat naziri, Birgə Komissiyanın həmsədri Mikayıl Cabbarov Azərbaycan-İsrail əlaqələrinin müxtəlif sahələrdə dinamik inkişafını vurğulayıb.
Onun sözləronə görə, Azərbaycan və İsrail arasında ticarət dövriyyəsində qeyri-neft məhsullarının payı yüksəlir. “Bununla belə, biz ticarət əlaqələrimizi şaxələndirməliyik, çünki Azərbaycanın qeyri-neft məhsullarının İsrail bazarına ixracı üçün hələ də istifadə olunmamış böyük potensial var”, - Cabbarov deyib.
O qeyd edib ki, investisiya, innovasiyalar, informasiya, kənd təsərrüfatı, ekologiya, qida, su, enerji texnologiyaları, əczaçılıq və biotexnologiya, ərzaq təhlükəsizliyi, kibertəhlükəsizlik, turizm, kiçik və orta sahibkarlıq və digər sahələrdə əməkdaşlıq üçün geniş perspektivlər var.
Nazir həmçinin Azərbaycanda əldə olunan iqtisadi nailiyyətlər barədə də məlumat verib, investorlar üçün yaradılan imkanları diqqətə çatdırıb, İsrail şirkətlərini Ələt Azad İqtisadi Zonasının, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarından yararlanmağa, birgə layihələrin həyata keçirilməsinə dəvət edib.
Öz növbəsində, İsrailin xarici işlər naziri, Birgə Komissiyanın həmsədri Eli KohenTel-Əvivdə Azərbaycan səfirliyinin fəaliyyətə başlamasının əlaqələrimizi yeni inkişaf mərhələsinə yüksəltdiyini qeyd edib.
Kohen iki ölkə arasında müxtəlif sahələr üzrə əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüb, özəl bölmənin tərəfdaşlığın inkişafı potensialını reallığa çevirdiyini diqqətə çatdırıb.
Hökumətlərarası Komissiyanın iclası çərçivəsində əməkdaşılığın genişləndirilməsinə dair bir sıra sənədlər imzalanıb: Azərbaycan Respublikasının İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə İsrail Dövlətinin Milli Texnoloji İnnovasiya Qurumu arasında texnoloji innovasiyalar sahəsində Birgə Bəyannamə, SOCAR və İsrailin “Union Energy” şirkəti arasında əməkdaşlıq haqqında saziş, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə İsrail Milli Su Şirkəti – “Mekorot” arasında Anlaşma Memorandumu. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət