SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) “SABAH.academy” proqramını tamamlamış tələbələrinə sertifikatlar təqdim edilib. Tədbirdə çıxış edən BANM-in rektoru Elmar Qasımov tələbələri təbrik edərək onlara uğurlar arzulayıb. Rektor bildirib ki, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Təhsil İnstitutunun nəzdində yaradılmış “SABAH.academy”
sahibkarlıq mədəniyyətinin gənclər arasında formalaşdırılmasına xidmət edən layihədir. Təlimlərin tələbələrin innovativ düşüncələrinin inkişafına töhfə verəcəyinə inandığını qeyd edən Elmar Qasımov bir neçə modulun da kurslara daxil edilməsini tövsiyə edib.
14 həftə davam edən təlimləri uğurla bitirən BANM-in 38 tələbəsi sertifikata layiq görülüb. Kurs müddətində onlar mühazirələr, seminarlar, müzakirələr, qrup işi və fərdi tədqiqatlar vasitəsilə bilik və bacarıqlarını artırıblar.
Tədbirdə çıxış edən Təhsil İnstitutunun direktoru Rüfət Əzizov qeyd edib ki, müasir dövrdə tələbələrin hədəfi yalnız diplom alıb, iş tapmaq və işləmək deyil, həm də məzun olduqdan sonra innovativ iş qurmaq və sahibkarlıqla məşğul olmaqdır.
“Sabah.academy”nin icraçı direktoru Fərhad Paşayev kursun məzunu olan tələbələr arasından uğurlu sahibkarlar yetişəcəyinə inandığını bildirib.
Sonda tələbələrə sertifikatlar təqdim edilib.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət