Çərşənbə axşamı Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Moskvada Rusiyanın nəqliyyat naziri Vitali Savelyev ilə görüşüb.
“Görüşdə iki ölkə arasında avtomobil nəqliyyatı, aviasiya və dəmir yolu sahələri daxil olmaqla nəqliyyat sektoru üzrə əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub” – nazirliyin mətbuat xidmətinin məlumatında deyilir.
Məlumata əsasən, görüş əsnasında “Rusiya-Azərbaycan dövlət sərhədindən “Yaraq-Qazmalar” (Rusiya Federasiyası) – “Samur” (Azərbaycan Respublikası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün və giriş yollarının istismarı və xidmətin göstərilməsi qaydaları haqqında Saziş” layihəsinin razılaşdırılması üçün müvafiq müzakirələr aparılıb.
“Həmçinin, görüş zamanı hava nəqliyyatı sahəsində əlaqələrə toxunularaq uçuşların və istiqamətlərin sayının artırılmasının vacibliyi vurğulanıb”, - məlumatda deyilir.
O cümlədən, dəmir yolu nəqliyyatı sahəsində, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində dəmir yolu infrastrukturunun inkişafı istiqamətində əməkdaşlığın uğurla davam etdirildiyi qeyd olunub.
“Ötən il Şimal-Cənub nəqliyyat dəhlizi ilə dəmir yolu daşımalarının həcmi 481 min ton təşkil edib. Görüşün sonunda iki ölkə arasında nəqliyyat sahəsində əlaqələrin daha da inkişaf edəcəyinə əminlik ifadə olunub”, - nazirlikdən vurğulanır. **
N.Abbasova
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-dan ev təmiri üçün illik 9.5% ilə nağd pul krediti
«Nar» komandası «Breyn Rinq» yarışının qalibi oldu
AccessBank yenilənmiş konseptli “20 yanvar” filialını istifadəyə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət