Qarabağ Erməniləri Hərəkatının rəhbəri Artur Ağacanov “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üzrə danışıqların gedişi, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması perspektivləri barədə danışıb.
Ötən həftə ABŞ dövlət katibinin vasitəçiliyi ilə ABŞ-ın Arlinqton şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında baş tutmuş danışıqları uğurlu hesab edirsinizmi?
Bu danışıqların baş tutması faktını artıq uğurlu nəticə adlandırmaq olar. Bundan əlavə, danışıqlar prosesində müəyyən müsbət dinamika müşahidə olunur. Lakin bəzi əsas məsələlərlə bağlı əlavə işlərin davam etdirilməsi zərurəti qalmaqdadır. Ümid edirəm ki, Azərbaycan və Ermənistan liderlərinin iyul ayında keçiriləcək növbəti görüşü nəzərəçarpan konkret nəticəyə gətirib çıxaracaq.
ABŞ-ın Ermənistandakı səfiri Kristina Kuin bildirib ki, onun fikrincə, Qarabağ erməniləri Azərbaycanın tərkibində təhlükəsiz yaşaya bilərlər.
ABŞ-ın İrəvandakı səfiri Kristina Kuin iyulun 3-də Ermənistan İctimai Televiziyasına müsahibə verib. Səfir bildirib ki, Vaşinqton Qarabağ ermənilərinin Azərbaycanın tərkibində təhlükəsiz yaşaya biləcəklərini mümkün hesab edir. O dəqiqləşdirib ki, bunun üçün, o cümlədən beynəlxalq zəmanətin verilməsi istiqamətində səy göstərmək lazımdır. Ancaq mənim fikrimcə, ən yaxşı zəmanət – Azərbaycan Prezidenti və xalqıdır.
Fransa Prezidenti Emmanuel Makron iyulun 28-də Marsel şəhərində bildirib ki, guya Azərbaycan Prezidenti İlham Əliyevə Ermənistan baş naziri Nikol Paşinyandan daha çox təzyiq göstərir.
Fransa Prezidenti Makron həm də deyib ki, guya o, Qarabağ məsələsində aydın mövqeyə malik olan yeganə şəxsdir və az qala təkbaşına bu mövzunu dünya birliyinin gündəmində saxlayır. Son dərəcə yersiz bəyanatdır. Makron rəsmi Bakı ilə münasibətləri normallaşdırsaydı və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında qarşıdurma yaratmasaydı, bu, hər kəs üçün, ilk növbədə isə, Qarabağ erməniləri üçün daha yaxşı olardı. “Təzyiq”ə gəldikdə isə, onu Ermənistanın baş naziri Paşinyana göstərmək lazımdır və mən bunun baş verdiyini deyə bilmərəm. O ki qaldı Azərbaycan Prezidenti İlham Əliyevə göstərilən təzyiqə, o, güclü və müstəqil liderdir, ona kim təzyiq göstərə bilər? Fikrimcə, Fransa Prezidenti arzularını reallıq kimi təqdim edir. Mən dəfələrlə demişəm və deyəcəyəm ki, Ermənistan və Azərbaycan özləri razılığa gələ bilər, əsas odur ki, danışıqlar prosesində onlara mane olmasınlar.
Daha bir məsələ ilə bağlı fikrinizi öyrənmək istərdim - Ermənistan-Türkiyə sərhədi nə vaxt açılacaq?
Ermənistanda Türkiyə ilə quru sərhədlərin açılmasını gözləyirlər. Həm iki ölkənin liderləri, həm də xüsusi nümayəndələr səviyyəsində danışıqların bir neçə raundu keçirilib. Bu, münasibətlərin normallaşması prosesində müəyyən irəliləyişin olduğunu göstərir. Ancaq unutmaq olmaz ki, paralel olaraq Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mətninin razılaşdırılması və sərhədlərin delimitasiyası üzrə danışıqlar prosesi gedir. Zəngəzur dəhlizinin açılması, qeyri-qanuni erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması, Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası gündəmdədir. Bu proseslər nə qədər uğurla və sürətlə gedərsə, Ermənistanla Türkiyə arasında quru sərhədlər də bir o qədər uğurla və tez açılacaq. Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması Ermənistana böyük fayda verəcək, regionda sabitliyə, eləcə də dövlətlər arasında münasibətlərin inkişafına kömək edəcək.*
Söhbət etdi R.Əhmədov
DTX Qarabağ separatçılarını saxlayıb
Aİ Əliyev və Paşinyan arasında Qranadada keçiriləcək danışıqları şərh edib
Azərbaycan 2026-2028-ci illərdə orbitə iki yeni peyk buraxmağı planlaşdırır
SOCAR “Qərbi Abşeron” yatağında 16 quyu qazmağı planlaşdırır
Sentyabrda dövlət sərhədini pоzmuş 52 nəfər saxlanılıb
Gəncə Şəhər İcra Hakimiyyəti İdman Sarayı üçün 16,3 milyon manatlıq avadanlıq alır
Dekabrda Bakıda ilk dəfə İstehsal Texnologiyaları Sərgisi keçiriləcək
Zəngilanda və Bakıda II Şəhərsalma Forumu keçiriləcək
Sentyabrın 26-da Bakıda TDT-nin Kənd Təsərrüfatı Nazirlərinin 2-ci Toplantısı keçiriləcək
“Ermənisayağı aclıq oyunları”nın siyasi prokatda iflası
Yaşıl Kart Sistemi çərçivəsində 2021-2022-ci illər üzrə müqaisə və nəticələr