Ölkənin birinci bankı Kapital Bank kiçik və orta sahibkarlar üçün fərqli konseptdə olan daha bir KOB Mərkəzi filialını istifadəyə verdi. Filial Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər Fəvvarələr Meydanı, Tikinti sahəsi FS-003 ünvanında yerləşir.
Kiçik və orta sahibkarlara bütün növ bank xidmətlərini göstərən filialda sahibkarlar bank xidmətləri üzrə məsləhətlər ala, hesablar aça, maliyyələşmə məhsulları sifariş edə, şəxsi menecerlə təmin oluna, həmçinin şirkət rəhbərləri və təsisçilər fiziki şəxslər üçün nəzərdə tutulan məhsul və əməliyyatlardan yararlana bilərlər. Bundan başqa filial müştərilərin rahatlığı üçün xüsusi görüş otaqları ilə təmin edilib.
Yeni filialda həmçinin 24 saat fəaliyyət göstərən özünəxidmət sahəsi də yaradılıb. Xidmət sahəsində müştərilər tərəfindən əməliyyatların aparması üçün avadanlıqlar quraşdırılıb.
Kapital Bank kiçik və orta sahibkarlığın inkişafına böyük önəm verir. Ölkədə ilk dəfə “KOB Mərkəzi” filiallarının istifadəyə verilməsinin səbəbi də məhz budur. Filiallarımızda sahibkarlar və hüquqi şəxslər bank xidmətlərindən daha rahat və sürətli yararlana bilirlər.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçünhttps://kapitalbank.azsaytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün —https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün —https://kbl.az/tkstcrd.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət