Avropanı Mərkəzi və Cənubi Asiya ilə bağlayacaq rəqəmsal telekommunikasiya dəhlizinin formalaşmasını nəzərdə tutan “Rəqəmsal İpək Yolu” layihəsi 5 və 6 sentyabr tarixlərində Qazaxıstanın Almatı şəhərində keçirilmiş GCCM 2023 tədbirində təqdim olunub. Tədbir innovativ həlləri araşdırmaq, ideyaları bölüşmək və müxtəlif telekommunikasiya seqmentlərində işgüzar əlaqələr qurmaq üçün 40-dan çox ölkədən olan şirkətləri bir araya gətirib.
GCCM tədbiri zamanı AzerTelecom şirkəti Azərbaycan vasitəsilə qitələr arasında müasir telekommunikasiya infrastrukturunun yaradılmasını nəzərdə tutan “Rəqəmsal İpək Yolu” layihəsini təqdim edib. “Rəqəmsal İpək Yolu” Gürcüstan, Türkiyə, Azərbaycan, Qazaxıstan və digər ölkələrin ərazilərindən keçərək rəqəmsal rabitənin sərhədlərini genişləndirəcək və ucqar ərazilərə bağlantı xidmətləri təqdim edəcək.
AzerTelecom şirkətinin Əməliyyatlar üzrə Baş direktoru Sergey Nazarenko şirkətin digər nümayəndələri ilə birlikdə Asiya və Avropa ölkələrinin müxtəlif beynəlxalq operatorları - telekommunikasiya şirkətləri ilə görüşlər keçirib. Azərbaycanın regional bağlantı xidmətlərini yaxşılaşdırmaq üçün güclü rəqəmsal infrastrukturun qurulmasında strateji əhəmiyyəti və bunun üçün “Rəqəmsal İpək Yolu” layihəsinin icrası keçirilmiş müzakirələrin əsas mövzusu olub. Layihənin məqsədləri və üstünlükləri tədbir iştirakçılarının mühüm diqqətini çəkib.
AzerTelecom və Kazakhtelecom arasında strateji əməkdaşlıq əsasında həyata keçirilən və “Rəqəmsal İpək Yolu” meqalayihəsinin əsas komponentlərindən biri olan Transxəzər Fiber Optik Kabel Xətti layihəsi görüşlər zamanı telekommunikasiya operatorlarına təqdim olunub. Bildirilib ki, Transxəzər Fiber Optik Kabel Xətti 380 km uzunluğunda olaraq 400 terabit/s-ə qədər datanın ötürülməsini həyata keçirəcək. “Rəqəmsal İpək Yolu” marşrutunun müxtəlif seqmentlərini birləşdirməklə yanaşı, bu çoxterabitli məlumatların nəqlini təmin edəcək fiber-optik magistral xətt regionda telekommunikasiya sənayesinin inkişafına və beynəlxalq iqtisadi əlaqələrin inkişafına töhfə verəcək.
AzerTelecom Azərbaycanın aparıcı topdansatış telekommunikasiya operatorudur və NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir. NEQSOL Holding müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərir.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət