Təhsilin İnkişafı Fondu və NEQSOL Holding arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədi Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov və “NEQSOL Holding Azərbaycan” ofisinin rəhbəri İmran Əhmədzadə imzalayıb.
Memorandumun məqsədi təhsil sisteminin inkişafına yönəlmiş proqram və layihələr üzrə əməkdaşlığın qurulması, eləcə də tələbə qızlar üçün uzunmüddətli təqaüd proqramının təsis edilməsi və həyata keçirilməsidir.
Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli dövlət-özəl tərəfdaşlığı çərçivəsində atılan bu addıma görə hər iki quruma təşəkkürünü bildirib: “Səmərəli tərəfdaşlıq formalarından biri də korporativ sosial məsuliyyət çərçivəsində olan əməkdaşlıqdır. Əminəm ki, bu əməkdaşlığın yaxşı nəticələri olacaq və gələcəkdə yeni layihələr də həyata keçiriləcək”.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov NEQSOL Holding və Təhsilin İnkişaf Fondu (TİF) arasında dövlət-özəl tərəfdaşlıq nümunəsi olan bu əməkdaşlığın əhəmiyyətini vurğulayıb: “Əməkdaşlıq çərçivəsində qızların təhsilinə dəstək, eləcə də TİF-in təşkilatçılığı ilə dövlət-universitet-sənaye işbirliyinə dair Təhsilin İnkişafı Forumunun və digər mümkün təşəbbüslərin dəstəklənməsi gözlənilir”.
“NEQSOL Holding Azərbaycan” ofisinin rəhbəri İmran Əhmədzadə bildirib ki, təhsil sahəsi və insan kapitalının inkişafı holdinqin diqqət mərkəzindədir və bu istiqamətdə artıq bir sıra layihələr həyata keçirilib: “Gənc qızların təhsilinə dəstək layihəsi çərçivəsində tələbələr il ərzində aylıq təqaüd almaqla yanaşı, təhsil sahələri üzrə təcrübə keçmək, mentorluq proqramında iştirak və digər imkanlardan faydalana biləcəklər. Layihə onların peşəkar kadr kimi yetişməsinə, gələcəkdə layiqli işlə təmin olunmasına və cəmiyyətə faydalı olmasına töhfə verəcək”.
2023-2024-cü tədris ili ərzində tələbə qızlar üçün təqaüd proqramı haqqında ətraflı məlumatı keçidə daxil olaraq əldə etmək mümkündür - https://bit.ly/3LIXf3O.
NEQSOL Holding 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət