Bakı Ali Neft Məktəbində SOCAR-ın dəstəyi, Ali Məktəbin təşkilatçılığı ilə “Dayanıqlı gələcək üçün dayanıqlı enerji” mövzusunda beynəlxalq proqram keçirilib.
Proqramda Çinin müxtəlif universitetlərindən 17 tələbə, Bakı Ali Neft Məktəbində təhsil alan çinli tələbələr, Sumqayıt Dövlət Universiteti və Naxçıvan Dövlət Universitetinin 2 tələbəsi, həmçinin Türkiyənin TPAO şirkətinin 2 əməkdaşı iştirak edib.
Proqramın açılışında çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov iştirakçılara uğurlar arzulayaraq bu proqramın onlar üçün faydalı olacağına, səmərəli vaxt keçirəcəklərinə və yeni biliklər əldə edəcəklərinə əminliyini bildirib. Rektor Bakı Ali Neft Məktəbinin Çin universitetləri və şirkəti ilə əməkdaşlığına da toxunaraq xatırladıb ki, Çin Neft Universiteti ilə Anlaşma Memorandumu imzalanıb, BANM-in məzunları burada təhsil alırlar, hər iki universitetə qarşılıqlı səfərlər həyata keçirilib, həmçinin BANM “Huawei” şirkətinin Azərbaycandakı sosial layihələrində mühüm yer tutur. Elmar Qasımov Çinlə ilk dəfə mühəndislik sahəsində həyata keçirilən bu beynəlxalq proqramın əlaqələrin daha da inkişafı, eyni zamanda Çinin digər universitetləri ilə əlaqələrin yaranması, BANM-də təhsil alan çinli tələbələrin sayının artmasına dəstək olacağını vurğulayıb.
Tədbirdə çıxış edən Çinin Azərbaycandakı Səfirliyinin siyasi şöbəsinin müdiri xanım Xu Qing iştirakçılara uğurlar arzulayıb və bu beynəlxalq proqramın əhəmiyyətinə toxunaraq bildirib ki, pandemiyadan sonra çinli tələbələrin Bakıya ilk səfəridir. Səfirliyin nümayəndəsi SOCAR-ın dəstəyi ilə Bakı Ali Neft Məktəbinin təşkil etdiyi bu beynəlxalq proqramın iki ölkə arasında təhsil sahəsində əlaqələrin inkişafında daha bir göstərici olacağını qeyd edib.
Çin Neft Universitetinin Beynəlxalq əlaqələr ofisinin müdir müavini Li Lingyun çıxışında zəngin və faydalı proqram hazırlandığını bildirib. O, tələbələrin Bakı Ali Neft Məktəbi, proqram barədə təəssüratlarının yüksək səviyyədə olacağına əminliyini ifadə edib. Çin Neft Universitetinin nümayəndəsi Bakı Ali Neft Məktəbi ilə bu cür proqramların sayının artacağına, əməkdaşlığın daha da inkişaf edəcəyinə inandığını da əlavə edib.
Qeyd edək ki, “Dayanıqlı gələcək üçün dayanıqlı enerji” mövzusunda təşkil olunan dördgünlük proqramda Bakı Ali Neft Məktəbinin müəllimləri tərəfindən “Yaşıl enerji sektorunda startaplar üçün imkanlar və çağırışlar”, “Dayanıqlı enerjinin gələcəyinin formalaşmasında süni intellektin rolu”, “Azərbaycanda iki neft bumu: Bakının qlobal şəhər kimi formalaşması”, “Azərbaycanın “yaşıl enerji” keçidi”, “Geotermal enerji bərpa olunan enerjinin sabit növlərindən biri kimi” və digər mövzularda təlimlər təşkil olunub. Proqram iştirakçıları həmçinin “Caspian İnnovation Center”də olublar. Proqram çərçivəsində Azərbaycanın zəngin irsi, mədəniyyətini tanıtmaq üçün tarixi məkanlara, Bakının görməli yerlərinə gəzintilər də təşkil edilib.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Yelo Bank-ın əsas maliyyə göstəricilərində pozitiv tendensiya davam edir!
“Azpetrol” 27 yaşını qeyd edir!
Bank Respublika inkişaf tempini əhəmiyyətli dərəcədə artıraraq yüksək nəticələr əldə edib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət