Azərbaycan Energetika Nazirliyi Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan arasında Yaşıl Enerji Dəhlizinin (Black Sea Energy) yaradılması ilə bağlı Texnki İqtisadi Əsaslandırma”nın hazırlanması üzrə şirkət seçir.
İştirak haqqı – 2500 manat təşkil edir.
Tenderdə iştirak etmək istəyən şirkətlər öz təkliflərini 1 dekabr 2023-cü il saat 15:00-dək təqdim etməlidir. Tender proseduru 4 dekabr saat 15:00-da baş tutacaq.
Tender predmetinin dəyəri 3 milyon dollardan çox qiymətləndirilir.
İşlər Energetika Nazirliyiilə müqavilə imzalandıqdan sonra ən geci 80 həftə müddətində tam şəkildə hazırlanıb təhvil verilməlidir.
İddiaçılar ən azı iki ölkədə enerji sahəsində ən azı 10 illik təcrübəyə malik olmalıdır.
Tender iştirakçıları qarşılıqlı əlaqəsi olan dənizaltı HVDC kabelinin çəkilməsinə dair ən azı bir tamamlanmış texniki-iqtisadi əsaslandırmaya malik olmalıdır. Bundan başqa, iddiaçılar hidrogen infrastrukturunun inkişafı ilə bağlı ölkə miqyasında ən azı bir tamamlanmış tədqiqata malik olmalıdır;
Əlaqə telefonu: (+99412) 596 16 53/54 (daxili 1034), əlaqələndirici şəxs - Leyla Adıgözəlbəyova, leyla.adigozelbeyova@minenergy.gov.az.
Xəbər verildiyi kimi, 2022-ci il dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında” saziş imzalanıb. Saziş Qafqaz regionundan Avropaya enerji körpüsünün inşasını nəzərdə tutur. Söhbət enerji ötürmə gücü 1000 MVt olan 1195 km uzunluğunda elektrik verilişi xəttinin tikintisindən gedir. Kabel Azərbaycanda istehsal edilən elektrik enerjisinin Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya çatdırılaraq, Macarıstana və Avropanın qalan hissəsinə nəql edilməsi üçün nəzərdə tutulacaq.
Kabel 3-4 il ərzində çəkiləcək.
Avropa Komissiyası kabelin çəkilməsinə vəsait ayırmağı planlaşdırır. Bu, dünyada ən uzun kabel olacaq.**
N.Abbasova
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
«Bakcell» Azərbaycanda daha bir ilkə imza atdı - Wi-Fi üzərindən zəng xidməti istifadəyə verildi
Səfirliyə arayışı Yelo App-dən rahatlıqla sifariş et
AccessBank Azərbaycanda qadın sahibkarlığının inkişafına aktiv dəstək tədbirlərini davam etdirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət